Qarabağdakı separatçıların başçısı Arayik Arutyunyan “istefa” verəcəyini bəyan edib.
Arutyunyanın missiyası bitdi, indi onu daha məşəqqətli həyat gözləyir:
– Laçından keçməyə cəhd göstərsə, həbs olunacaq,
– Qarabağda qalsa, Azərbaycanın antiterror əməliyyatlarının hədəfinə çevrilə bilər,
– Təslim olsa, Azərbaycan həbsxanalarında çürüyəcək.
Bundan sonra:
Qarabağda antiterror əməliyyatları əsla arxa planda deyil, əksinə, bunun paralelində Azərbaycan resurslarını sərf edərək ermənilər üzərində suveren hüququnu qurmaq potensiallarını inkişaf etdirəcək.
Beləliklə, Azərbaycan hökuməti ilə Qarabağ erməniləri arasında növbəti təmaslar gözlənilir.
Bakı onların reinteqrasiyası üçün düsturlarını Arutyunyanın qondarma vəzifəsindən getməsi ilə daha da gücləndirəcək.
Aqşin Kərimov, siyasi şərhçi