2-ci prezidentlik müddətini davam etdirən Makron artıq üçüncü dəfə Fransaya rəhbərlik etmək haqqında düşünür. Bunu özü dilə gətirməsə də ən yaxın müttəfiqlərinin dili ilə səsləndirməkdən çəkinmir.

Başlanğıcda ancaq Makron ümumiyyətlə 3-cü dəfə seçilməsi gündəmə gətirildi. Məsələn, keçən il Makronun əsas müttəfiqlərindən olan Fransua Bayro bildirmişdi ki, Fransa konstitusiyası Makronun 2027-co ildə prezidentliyə namizədlik verməsinin qarşısını alır, ancaq o 2032-ci ildə üçüncü dəfə namizədliyini verə bilər. Bayro açıq şəkildə bildirmişdi ki, Makronun Fransa siyasətindəki rolu ikinci dönəmdən sonra başa çatmayacaq.

İndi isə Makron tərəfdarları bir addım da önə çıxıblar. Makronun yaxın müttəfiqlərindən biri, parlamentin keçmiş spikeri Riçard Ferran deyib ki, Makronun üçüncü dəfə prezidentliyə namizədliyini verməsi üçün konstitusiya dəyişikliyinə gedilməsi vacibdir. Riçardın fikrincə, konstitusiyanın 2 dönəm seçilmək ilə bağlı qanunu vətəndaşların seçim azadlığı hüququnu limitləyən qaydaları məcburi tətbiq etməklə bizim ictimai həyatımızı məhdudlaşdırır.

“Bugün konstitusiya seçicilərin seçimini məhdudlaşdırır, Fransız xalqının özünün qərar vermək hüququ var, onlar kiməsə iqtidarı vermək istəyirlər, yoxsa yox” Ferran davam edib.

İndi qəribə situasiya yaranıb. Bir çox ölkələri sırf prezident üçüncü dəfə seçkiyə gedir deyə tənqid edən, avtoritarlaşma və diktaturada, demokratik dəyərlərə hörmət etməməkdə ittiham edən kollektiv Qərb və demokratiyanın beşiyi sayılan Fransa indi Makron yenə prezident ola bilsin deyə konstitusiya dəyişikliyi etməyə hazırlaşır. Hətta, Rusiyanın avtoritar lideri Putin belə 3 dəfə ard-arda prezident seçkisinə getməmiş, üçüncü dönəmdə Dmitri Medvedev ilə yerdəyişməsi etmişdi.

Bundan sonra hər dəfə seçkidə qalib gələn Ərdoğan, 3-cü dönəmə gedən Si Zinpin, gücünü daha da artıran Modi haqqında avtoritar, hətta diktator ifadələri işlədən Qərbin özünün Fransaya cavabı nə olacaq maraqlıdır. Amma deyəsən, cavab hazırdır. Prezidenti üçüncü dəfə ardıcıl seçmək Fransa xalqının demokratik hüququdir və bunu məhdudlaşdırmaq olmaz. Həmişə olduğu kimi, ikili standartlar…

Turab Rzayev, siyasi şərhçi