Ermənillərin toxluq aksiyası:

1. Sosial – iqtisadi gündəm 1988-ci ildə çox fərqli idi. Bir tərəfdə Ağanbenkyan, bir tərəfdə SSRİ dağılma ssenarisi işləyən Soros, Bayden və s.-lər milli münaqişələrin SSRİ-ni dağıdacağını hesabladıqları üçün ucqar respublika – Azərbaycan heç kimi üçün vacib bir ölkə sayılmırdı ki, ərazisi işğal diləcək, ya yox. Son bir ildə Ermənistan və arxasında duran güclər eyni məntiqə qaydış etdilər.

2. 1988-ci ildə Razdan meydanına toplaşan yüz minlərlə əhalidən bu gün səs-soraq yoxdur.

3. Myatsum hayqırtısı nə qədər çox eşidildisə erməni xalqı bir o qədər çox müflis oldu. Çünki “Böyük Ermənistan” qurduqlarını deyərək xalqın hisslərini istismar edib, tribunadan qışqıranlar 30 ilə milyarder oldu, xalq isə pərişan və səfil.

4. Gerçək aclıq heç bir blokadaya, maneəyə, posta, hətta silaha belə baxmır. Aclıq bəşəri bir hadisədir ki, ac ermənini Xankəndində kimsə qarşısında dayana bilməzdi, çünki ac deyildilər axı..

5. Ac əhali Xankəndi meydanında öz dedikləri 120 min nəfərlə mitinq etməli idilər, amma nədənsə meydanda 120 nəfəri güclə yığa bildilər.

6. Baş verənlər bunun aclıq deyil, toxluq şousu olduğunu ortaya çıxarmış oldu.

7. Necə ola bilər ki, üzərində aypara logosu olan yardımı yemək olmaz, amma üzərində xaç olan yardımı rahat həzm etmək olardı?

Hə, burda planladıqları da xristian-müsəlman sivilizasiyasının toqquşması arzusu idi, dünyada aclığa məruz qalan xristian azlığını göstərsinlər, axı bu ölkənin multikulturalizm dövlət siyasətidir. Nə islam, nə xristian. – işləmədi.

8. Qarabağda hazırkı proseslər Azərbaycanın erməni rəhbərlərə aid maliyyə mənbələrini kəsməsindən sonra başladı. Yəni 250 gün əvvəl Laçın yolunda başlayan ekoaksiya bu gün müsbət nəticələrini verir.

Çünki qızıl mədənlərinin əldən çıxması terroun, cibə gedən pulların, silahlara ayrılan maliyyənin itməsinə səbəb oldu ki, əldən çixan milyardlarla dolların arxasınca hətta Paris meri belə gəldi.

9. Erməni rəhbərləri bir də ondan qorxur ki, bu gun çörəklə gələn Azərbaycan sabah neftlə, duzla, digər ehtiyac məhsulları ilə gələcək və bu, onların bizi uzun illər göstərdiyi “cin” obrazını dağıdır axı. O əhali o rəhbərlərdən hesabat tələb edəcək. Necə ki, Araik istefa ilə öldürlüməkdən indilik qaça bildi.

10. Azərbaycanın Ağdamdan daxil olan karvanını Xanləndinə qoymayan cəmi 100 erməni vardı. Ordakı əhali bunun əleyhinə olsaydı, sözügedən postda etirazçılların sayı minlərlə olacaqdı.

11. Azərbaycan Sərsəng dialoqu ilə olquqca uğurlu başlanğıc həyata keçirmişdi.

12. Bu gün yekun nəticə: Sadə ermənilər öz rəhbərlərinə qarşı çevrilib, onları mühakimə edəcək.