İndi bütün postsovet məkanda “Priqojin ölübmü?” sualı ətrafında davamlı müzakirələr gedəcək. Bu sualın sadə bir cavabı var: əgər bir adamın ölümü barədə rəsmi məlumat yayılıbsa demək ki, o ölüb.

Əslində maraqlı olan isə bu faktdan irəli gələn başqa sualdır: Rusiyada nə baş verir? Burda isə konspiroloji mülahizələr üçün meydan daha genişdir. Ona görə də faktlara və rəsmi məlumatlara diqqət yetirmək vacibdir.

Bütün həqiqətləri də ya onların məzmununda, ya da arxasında axtarmaq lazımdır. Çünki rəsmi məlumatlar adətən yalnız iki məqsədə xidmət edir: ya həqiqətləri yaymağa, ya da gizlətməyə. Qalır onları diqqətlə oxuyub təhlil etmək.

Ərəstun Oruclu, politoloq