Birincisi, erməni tərəfi uzun müddət idi ki, döyüşlərə hazırlaşırdı və biz bu haqda yazmışdıq.
İkincisi, son 8 ayda Hindistandan İrana, ordan Zəngəzura 750 milyon dollarlıq silah yığılmasına dair xəbərlər vardı.
Üçüncüsü, PUA tətbiqi yeni müharibəyə hazırlığın əsas açar ifadəsidir desək, səhv olmaz. Bu arada, PUA adı Ukrayna savaşında İranın hərbi tərifini göyə qalırdı deyə Ermənistan iştahlanmamış deyil.
Dördüncüsü, sentyabrda təxribat anlayışı bu ayda başlanan vətən müharibəsini unutdurmaq və qalibiyyəti sıfərlamaq, revanş almaq məqsədi daşıyır.
Beşincisi, gözlənilən idi ki, Paris merinin səfəri və burnunun ovulması ilə daxili suveren ərazimizdə təxribatlar baş tutmayacaq və dərhal sonra hümanitar yük TIR-larının sözün bütün mənalarında tanka-topa çevrilib, səngərə enməsi birbaşa onların sifarişi idi.
Altıncısı, təxribat Qarabağda baş tutmadısa, dərhal hadisə yerini şərti dövlət sərhədinə çəkməyə başladılar.
Yeddincisi, terrorçular Bsarkeçərdə mülki evlərdə gizlənərək ordumuza qarşı əməliyatlar keçirir. Mülki əhali seçimi, mülki obyekt seçimi Qarabağ ətrafında qurulan humanitar yardım ifadəsiylə zəncirin eynu halqasına aiddir.
Səkkizinci – Uğurlu Qarabağ siyasi qəlbəsindən sonra üstünlüyü ələ keçirən Azərbaycana qarşı başqa bir cəbhə açmaq zərurəti yarandı.
Doqquzuncu, Ermənistan indi bütün dünyaya Qarabağ və bizə qarşı Azərbaycan hücum edir fikrini tirajlamaq üçün hadisəni törətməyə getdi.
Onucusu, nə təsadüfdürsə, Avropa diplomatiyasının rəhbəri Josep Borrell Aİ xarici işlər nazirlərinin görüşündə Azərbaycanı Laçın dəhlizi boyunca sərbəst və təhlükəsiz hərəkəti təmin etməyə çağırmasından sonra İrəvan təxribat törətdi.