Fransa prezidenti Emmanuel Makron Fransa telekanallarına müsahibə verməyə qərarlaşıb . O başa düşüb ki, hər prosesdən sonra daha çox Qafqaz maraqlarında itki verir nə dərhal da kompensasiya etməyə qərar verərək, açıqlamasında çox böyük strateji səhvlər edib.

O deyib ki, #Azərbaycanın Ermənistana qarşı mümkün hərbi hücumundan narahatlığını ifadə edərək, Bakının #Ermənistanın ərazi bütövlüyünü təhdid etdiyini vurğulayıb: “#Fransa Ermənistanın ərazi bütövlüyü ilə bağlı çox ayıqdır. Bu gün orada Azərbaycanın şəriki olan #Rusiya və bu istəkləri hər zaman dəstəkləyən #Türkiyədir” deyə Fransa prezidenti bildirib.

Ümumiyyətlə, belə bir çıxış biabırçılıqdır. Ən azından ona görə ki, İrəvan götürdüyü öhdəliklərə Fransa kimi ölkələrin ucbatından sadiq olmadı və demək olar ki, bütün mərhələlər hərbi əməliyyatlarla icra edildi.

Eyni zamanda Makron dünən Laçın yolundan iki ay gözləyib, geriyə kor – peşman qayıdan Tır aksiyasını Əliyevin onu sındırmasi kimi qəbul edərək, çox əsəbiləşib.

#Makron yenidən Azərbaycanın #Qarabağdakı hərbi əməliyyatını qəbuledilməz hesab edib, #Qarabag#ermənilərinə humanitar yardım göstərmək üçün səylərin birləşdirilməsinin vacibliyini vurğulayıb və Qarabağ ermənilərinin hüquqlarına hörmət edilməli olduğunu vurğulayıb.

Humanitar yardım, ümumiyyətlə dünyada humanitar adı ilə nə varsa, siyasi məqsədləri pərdələmək üçün mövcuddur.

Nə yazıq ki, Makron təkcə Avropanın mərkəzi gücü kimi deyil, BMT TS+nin daimi üzvü kimi də sülhə çox pis zərbə vurmağa davam edir.

Sentyabrın 19-da lokal hərbi akt zamanı Fransa prezidenti Ermənistan liderinə ilk zəng edənlərdən biri olub. Həmin telefon danışığı zamanı Makron Nikol Paşinyana məlumat verib ki, Fransa #BMT Təhlükəsizlik Şurasında təcili iclas keçirməyə təşəbbüs göstərir.

#Ermənistan hökumətinin məlumatına görə, Makron və Paşinyan arasında müzakirə mövzusu Qarabağdakı vəziyyət olub. Hər iki tərəf güc tətbiqinin yolverilməzliyini və gərginliyin azaldılması üçün beynəlxalq mexanizmlərdən istifadənin zəruriliyini vurğulayıb.

Hansı beynəlxalq mexanizm – xatırlayırıq ki, Ararat Mirzoyan BMT-dəki dinləmələrdə dərhal təklif etdi ki, Qarabağa BMt sülhməramlıları adıyla beynəlxalq müşahidəçi ordusu/mandat/ yerləşdirilsin. Deməli, başa düşdük ki,. Mirzoyana həmin tezisi kim verib.

Sentyabrın 20-də Makron hətta tvitdə yazıb ki, o, Azərbaycanın Qarabağda güc tətbiq etməsini qətiyyətlə pisləyir.

“Hücum dərhal dayandırılmalı, sakinlərin hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələr bərpa edilməlidir”, – Makron bildirib. O, baş nazir Paşinyanla sıx əlaqədə olduğunu bildirib.

Çox həyasız addım olmaqla yanaşı, Afrikada bu günün özündə qırdıqları barədə söz açmağa ehtiyac da görmür.

Hətta, Fransa Xarici İşlər Nazirliyi bəyan edib ki, Azərbaycanın hücumu “qanunsuz blokadadan artıq zərər çəkmiş minlərlə mülki vətəndaşı təhdid edir və beynəlxalq ictimaiyyətin problemi danışıqlar yolu ilə həll etmək səylərinə ziddir”.

Başa düşürük ki, Azərbaycanın hərbi əməliyyatlarına qarşı kəskin cavab formalaşdırmaq deyəndə Ermənistana silah verməklə yanaşı ora öz ordusunu da göndərmək çağırışını edir.

Güman ki, bu Vaşinqtonun da istəyidir ki, Fransa açdı dedi.

Sentyabrın 21-də Emmanuel Makron Nikol Paşinyanla Qarabağ ətrafında yaranmış vəziyyəti və ondan çıxmaq üçün atılacaq addımları müzakirə edib.

Və bu müzakirədən sonra dünən Paşinyan çıxış edərək Rusiyaya konkret müharibə elan etdi desek, səhv olmaz ki, hətta dünən Rusiyadan maliyyələşdirilən ictimai birliyin üzvlərini “dövlət çevrilişi” adı ilə milli təhlükəsizlik qüvvələri tərəfindən həbs edildi.

Qayıdaq Fransaya…

Sentyabrın 21-də Fransanın təşəbbüsü ilə BMT-nin #Təhlükəsizlik Şurasının sessiyası keçirilib və bu sessiyada Paris Azərbaycanı Qarabağ ermənilərinə qarşı “hərbi təcavüz” etdiyini iddia edib.

Baş verənlər böyük geopolitik savaşın Qafqaza düşən hissəsidir. Yəni biz də bu məsələdə yan keçə bilmərik. Çünki həm Azərbaycan ərazisində separatizm vardı, həm də gələcəyimizin iqtisadi və hərbi təminatı olan kommunikasiyalar açılmır.

Nəticə etibarilə, öhdəlikləri olan qonşu Ermənistan dövləti isə faktiki revanş əhval-ruhiyyəsində olmaqla nəinki bizə müttəfiqi Rusiyaya da savaş elan edərək regionu çıxılmaz vəziyyətə sürükləyir. Belə bir idarəedilməsi mümkün olmayan vəziyyətdən ən çox istifadə edən Amerika ola bilər ki, bura yerləşməsi potensial İran və Rusiya siyasəti ilə bağlıdır. Rusiyanın və İranın mühasirəyə alınması strategiyasının tərkib hissəsidir.

Lakin yerləşmə mövzusunda mütləq bəhanə lazımdır. Bu ideal bəhanə isə Azərbaycanı ittiham etməkdən keçir deyə bilərik ki…

İndi Ermənistanda bu da başa düşülmür:

Məhz indiki şəraitdə necə olur ki, Azərbaycan geostrateji maraqları ilə enerji siyasətini konnektə edərək, uğur qazanır və necə olur ki, AB+nin bir neçə ölkəsi bu dəqiqə Bakının qapısında qaz üçün sıraya durub.

Adicə Macarıstanın addımı haqda danışsaq, kifayət edir.

Digər maraqlı bir arqument – Ərdoğan kimdir?

Türkiyənin gücü hansı həddədir?

Görünən odur ki, Türkiyə tərəfi bir müddət əvvəl anons edəndə ki, Ankara yaxın zamanlarda Zəngəzur dəhlizi ilə bağlı siyası həmlələrə başlayacaq, indi anlaşılır ki, qərbin və İranın aşkar düşmənçiliyi və həmin prosesin qarşısını almaq üçün daha ucadan qışqırıblar.

Lakin Türkiyə Qarabağ məsələsindən sonra konkret mərhələyə qədəm qoydu və açıq sual:

Iran, Fransa və ABŞ indiki vəziyyətdə hansı cür reaksiya verə bilər Zəngəzur addımına…

Qarabağ prosesində İran sırf Türkiyəyə görə çəkildi deyə bilərik.

Bəs Fransa, ABŞ?

Ukrayna müharibəsi Qərbin yumşaq qarınıdır.

Adicə Bosfor boğazını sahibi olan Türkiyə Qara dənizin strateji əhəmiyyətinə görə Fransa və ABŞ-ı maximum formada kurasiya edə bilir.

Bu gün yeni tarixin ilk səhifəsi yazılacaq:

Gözünüz Naxçıvanda olsun/

Yeni cahan – Nəqşi – Cahanda doğulur.