Ermənistan tərəfi dünən Ərdoğanın açıqlamasını təəssüf ki, aşağıdakı kimi oxuyub:

“Zəngəzur dəhlizinin ölümü yaxınlaşır. Rusiyanın yeni məğlubiyyəti? Dağlıq Qarabağa qarşı son müharibədən sonra Türkiyə, Azərbaycan və Rusiya çox güman ki, “Zəngəzur dəhlizi” adı altında Ermənistana ərazi iddialarını dayandıracaq”.

Türkiyə prezidenti Ərdoğan regional blokada məsələsi ilə bağlı açıqlama verib.

Ermənistanda olmaq niyəsə həmişə çox fərqli bir fenomenlə müşayiət edilir. Ən primitiv yaxşılığı da dərhal qarşı tərəfin məğlubiyyəti kimi görmə mərəzi ən böyük xəstəlikləri hesab edilir.

Rəcəb Tayyib Ərdoğan

Ərdoğan Zəngəzur dəhlizinin Ermənistan ərazisində olmaya biləcəyinə eyham vurub.

“Naxçıvan və Azərbaycanın digər bölgələri ilə birbaşa quru və dəmir yolu əlaqələrinin yaradılması əlaqələrimizi daha da gücləndirəcək. Odur ki, biz bu dəhlizin ən qısa zamanda açılması üçün hər şeyi edəcəyik. Bu dəhlizin həyata keçirilməsi Türkiyə də üçün çox vacibdir. Azərbaycan üçün bu, strateji məsələdir və tamamlanmalıdır.

Bu dəhliz açıldıqda Bakıdan çıxan avtomobil və ya qatar birbaşa Qars şəhərinə gələ biləcək. Bu məsələdə İrandan müsbət siqnallar görmək sevindiricidir. Dəmir yolu Türkiyə ərazisindən Naxçıvana, Ermənistana və Azərbaycana keçir. Ermənistan yol verməsə, hara gedir? İrandan keçir. İran indi bu məsələyə müsbət baxır”, – deyə Ərdoğan bildirib.

Türkiyə prezidenti bildirib ki, regional blokada məsələsi münaqişə və hay-küy olmadan həll edilməlidir:

“Əgər biz Zəngəzur və Laçın dəhlizlərinin sülh dəhlizinə çevrilməsini istəyiriksə, bu məsələni münaqişəsiz, hay-küysüz həll etməliyik. Ermənistan buna qarşı olarsa, o yol İrandan keçəcək. İran indi bu məsələyə müsbət baxır”.

Bu qədər gözəl və yapıcı, rasional bir bəyanatı ermənilər necə aşağıdakı kimi anlayırlar, başa düşülmür:

“Ərdoğanın bu yeni bəyanatı Türkiyə, Azərbaycan və Rusiyanın Ermənistana qarşı güc yolu ilə Zəngəzur dəhlizi əldə etmək planından əl çəkəcəkləri anlamına gələ bilər. İran və ABŞ-ın bu məsələdə çox böyük rolu var”.

Halbuki, Ərdoğan açıqlaması ilə Ermənistan və İranı strateji maraqlar üzərindən qarşı-qarşıya qoya bildi. Ona görə ki, İrana eyham edildi ki, səni nəzərə alırıq, amma Ermənistan variantı da var, Ermənistan üçün isə açıqlandı ki, müttəfiqin İranla bu layihəni reallığa çevirə bilərik ki, bu sənin tarixi itkin ola bilər.

Qayıdaq ABŞ məsələsinə.

Deməli, bütün proseslərin kökündə yaxın bir neçə il əvvəl Süveyş kanalında baş verən qəza hadisəsi dayanır.

Belə ki, 2021-ci ildə göyərtəsində 20 min konteyner olan “Ever Given” gəmisinin saya oturması ilə dünya iqtisadiyyatında bir həftə ərzində böhran yaşandı. Bu hadisə göstərdi ki, dünyanın təcili alternativ bir yola ehtiyacı var:

SÜVEYŞ KANALI, 2022'DE 8 MİLYAR DOLAR İLE REKOR BİR GELİRE ULAŞTI - Türk Deniz Medya

Dünya konteyner daşımasının üçdə biri və dünya ticarəti yüklərinin 12 faizi Süveyş kanalından keçir

Məhz Çinin başlatdığı Ora Dəhliz, bu ay Hindistanın elan etdiyi yeni dəhliz, Rusiya-İran arasındakı Şimal-Cənub dəhlizi kimi xeyli alternativlər meydana çıxdı.

Azərbaycan və Türkiyə üçün isə əlbəttə ən ideal olanı məhz Orta Dəhliz yolu idi ki, ABŞ və Hindistanın Çinə qarşı birləşməsi yolu Ərəb yarımadası/İsrail, Aralıq dənizi/Yunanıstan üzərindən çəkmə cəhdi Azərbaycan və Türkiyənin maraqlarına da ciddi zərbədir.

Burda ən “kruyoz” detal Rusiya ilə bağlıdır. Yüz il əvvəl Azərbaycan və Türkiyənin, eləcə də Qacar Iranın başı üzərində tompon bölgə, qılınc kəşf edərək Zəngəzur bölgəsini tamamilə inşa etdiyi Ermənistana hədiyyə verdi. İndi Rusiya Qərblə savaşında yeni kommunikasiyalara və bazarlara ehtiyac duyduğu dövrdə Zəngəzur dəhlizi arzulayır, amma Fransa, Hindistan, İran və ABŞ-a güvənən Ermənistan dəhliz verməyəcəyini bəyan edir.

Dərhal Rusiyadan cavab gəlir:

“Ermənistanın Rusiya ilə münasibətləri korlansa, bütün Zəngəzur yenidən Azərbaycana birləşə bilər”.

Bu fikirləri Rusiya Dövlət Dumasının keçmiş deputatı, politoloq Sergey Markov səsləndirib.

“ABŞ və Fransa buna çalışır ki, Ermənistanın Rusiya ilə münasibətləri korlansın. O zaman KTMT İrəvana kömək etməyəcək, Zəngəzur vasitəsilə nəqliyyat dəhlizi olmayacaq, əksinə, bütün Zəngəzur yenidən Azərbaycana birləşəcək. SSRİ bu ərazini Ermənistana verməmişdən əvvəl də belə idi. Sizcə, təkcə Qarabağ Azərbaycanın tərkibinə daxil olacaq?”, deyə o, qeyd edib.

Hələ Marqarita Simonyanın son açıqlamalarını demirik…

Marqarita Simonyan

Ötən gün ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışıb. Telefon danışığı Amerika tərəfinin təşəbbüsü ilə baş tutub. ABŞ dövlət katibi vurğulayıb ki, artıq hərbi əməliyyatlar olmamalıdır. Əliyev isə əmin edib ki, hərbi əməliyyatlar olmayacaq.

Dünən ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller məlumat verib ki, ABŞ və Türkiyə Zəngəzur dəhlizi məsələsini də müzakirə edir. Miller qeyd edib ki, ABŞ bu məsələdə Türkiyə hökuməti ilə işləyir:

“Dövlət katibi Blinkenin ötən cümə günü Nyu-Yorkda keçirdiyi görüşdə türkiyəli həmkarı ilə müzakirə etdiyi məsələlərdən biri də bu idi. Ümid edirik ki, bütün müttəfiqlərimiz və tərəfdaşlarımız bunu edə bilər. ABŞ Türkiyə də daxil olmaqla, qalıcı razılaşmanın əldə edilməsində konstruktiv rol oynayır”.

ABŞ Dövlət Departamentinin mətbuat katibinin sözlərindən belə nəticəyə gəlmək olar ki, ABŞ Ermənistandan Zəngəzur dəhlizini tələb etməmək üçün Türkiyə ilə işləyib.

Bəlkə də doğru iddiadır ki, Ərdoğanın yeni münaqişəyə getməməsi ilə bağlı dedikləri də bunu təsdiqləyir. Təsadüfi deyil ki, ötən cümə günü Nyu-Yorkda Blinkenlə görüşdən sonra Ərdoğan Naxçıvandan qayıdarkən bildirib ki, Ermənistan istəməsə, Zəngəzur dəhlizi İrandan keçə bilər.

Lakin dünəndən etibarən Türkiyə mediası 2020-ci il müqaviləsinin ictimaiyyətə məlum olmayan hansısa bir hissəsindən – centlmen razılaşmasından danışmağa başladı.

Şərhlərə görə Ermənistan baş naziri öhdəlik götürüb. Və hədəf konkret artıq üç nöqtədədir: Zəngəzur, Kərki, Qazaxın kəndləri…

Qazaxın kəndləri

Bəs bu iddia necə mümkündür?

“Belə qənaətə gəlmək olar ki, ABŞ Türkiyəyə Zəngəzur dəhlizi ilə bağlı Ermənistana təzyiqləri dayandırmağın vacibliyi ilə bağlı xəbərdarlıq edib. Əvvəllər Türkiyə mütləq hesab edirdi ki, Zəngəzur dəhlizi Ermənistan ərazisindən keçməlidir”.

Qətiyyən mümkün görünmür ki, Türkiyə ABŞ-ın təzyiqi ilə Ermənistana qarşı ritorik baxışını dəyişə.

Türkiyə dəyişsə belə Rusiya özünün son 300 illik tarixi səhvini düzəltməyə hazırdır ki, Avropanın və bütövlükdə Qərbin bir zamanlar düşmən etdiyi iki Asiya gücü Rusiya və Türkiyə birləşmək imkanı əldə etmişkən..

Bəs rəsmi Ermənistanın Zəngəzur dəhlizi məsələsinə baxışı necədir və o yolun öz ərazisindən keçməsini istərdimi? İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın Naxçıvanda görüşdüyü gün ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan bəyan edib ki, Ermənistan heç vaxt heç bir ekstraterritorial və ya dəhliz məntiqi ilə razılaşmayıb və olmayacaq.

“Ermənistan heç vaxt heç bir ekstraterritorial və ya dəhliz məntiqi ilə razılaşmayıb və heç vaxt razılaşmayacaq. Amma biz yüksək səviyyədə əldə edilmiş razılaşmalara sadiqik. İyulun 15-də Ermənistan və Azərbaycan liderlərinin görüşündə aşağıdakı razılaşmalar bir daha təsdiqlənib:

Ermənistan və Azərbaycan müvafiq olaraq 29,8 və 86,6 min kvadrat kilometr ərazi ilə bir-birinin ərazi bütövlüyünü tanıyır.

Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında baş tutacaq.

Tərəflərin suverenliyi, yurisdiksiyası və qarşılıqlılığı prinsipləri əsasında regional kommunikasiyalar blokdan çıxarılmalıdır.

Bu sazişlər açıqdır və görüşün sonunda Avropa Şurasının prezidenti Çarlz Mişel tərəfindən açıqlanıb. Bu saziş çərçivəsində Ermənistan Respublikası nəinki rabitə blokunun açılmasına hazırdır, həm də bunun mümkün qədər tez baş verməsini istəyir, çünki bu, bizim maraqlarımıza uyğundur”, – Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri deyib.

Ümumiyyətlə Ermənistan niyə hesab edir ki, Azərbaycan onun ərazisini işğal etməyə çalışır?

Azərbaycan mövqeyini beynəlxalq hüquq çərçivəsində normal formada izah edib və 10 noyabr razılaşması ilə də Ermənistana öhdəlikləri qəbul etdirib ki, digər ərazimə – Naxçıvana yol lazımdır.

Bu nə deməkdir ki, İranın, Rusiyanın ardınca indi də Fransa Mehridə konsulluq açmağa qərar verib.

Beləliklə, erməni nazir Ərdoğanın sualına belə cavab verib: İrəvan Zəngəzur dəhlizinin açılmasına razıdır, yoxsa yox? Türkiyə və Azərbaycan Ermənistanın suverenliyinə və hüququna hörmət etməlidir ki, həmin yol üzərində hərəkət və yol açılsın.

Çox anlaşılmaz mövqedir: zatən Azərbaycan bunu qəbul edir axı..

İndi Ermənistanda bunu iddia edirlər ki, oktyabrın əvvəlində Qranadada gözlənilən Ermənistan və Azərbaycan liderlərinin görüşündə Azərbaycanın Zəngəzur dəhlizi adı altında Ermənistana ərazi iddiası irəli sürmək strategiyasından imtina edib-etməyəcəyi bəlli olacaq.

Və guya “Türkiyə və Azərbaycan bir daha Ermənistana ərazi iddiası irəli sürməmək qərarına gəlsələr və o yolda Ermənistanın yurisdiksiyasını qəbul etsələr, blokadanın götürülməsi məsələsində heç bir problem olmayacaq. Ermənistandan Rusiya hərbi qüvvələrini bu yolda yerləşdirməyi tələb etmək olmaz. Bu, həm də erməni tərəfi üçün qırmızı xətdir”.

Bu qırmızı xətt fikri hardan gəldiyini dərhal anladıq, məncə..

Zatən Azərbaycan yollar açılanda Ermənistana Rusiyaya getmək üçün yol da təmin etməyə hazırdır.

Bəs Türkiyə və Azərbaycan Zəngəzur dəhlizinin İrandan keçməsi ilə bağlı qərar qəbul edərsə, o zaman Rusiya oyundan kənarda qalırmı?

Zəngəzur dəhlizi: Azərbaycan və Ermənistan kommunikasiyaların bərpasında niyə razılığa gələ bilmirlər? - BBC News Azərbaycanca

Zəngəzur dəhlizi

Belə olan halda Türkiyə rahatca izah edə bilər ki, problemin kökü ya Rusiyanın sabiq müttəfiqi Ermənistandadır, ya da indiki müttəfiqi İranda.

2023-cü il mayın 25-də Aİ-nin sessiyasında iştirak edən İlham Əliyev Zəngəzur dəhlizinin onun ideyası olduğunu və Bakının bu məsələdə Rusiyanın dəstəyinin olduğunu açıqlayıb. Son günlər Rusiya İranı Zəngəzur dəhlizinin açılmasına razılıq verməyə inandırmaq üçün çox səy göstərdi.

Lakin Rusiya İranı Zəngəzur dəhlizini açmağa hələ ki, razı sala bilmədi. Sentyabrın 25-də Ərdoğan və Əliyevin Naxçıvanda görüşü zamanı Ermənistanın baş naziri İranın səfiri Mehdi Sobhanı qəbul edib və o, Ermənistanın ərazi bütövlüyünün qorunması ilə bağlı İran tərəfinin aydın mövqeyini bir daha vurğulayıb.

Hətta İran daha əvvəl ən yüksək səviyyədə bəyan etmişdi ki, Ermənistanın ərazi bütövlüyü qırmızı xətdir və sərhədlərin dəyişdirilməsinə imkan verməyəcəklər. İranın ruhani lideri Ərdoğan və Putini 2022-ci ilin iyulunda qəbul edib. Rusiya və Türkiyə liderləri ilə görüşdə Ayətullah Xamenei Zəngəzur dəhlizinin açılmasına açıq şəkildə qarşı çıxıb.

Necə qəribə mənzərədir: İran və ABŞ ilk dəfədir ki, Ermənistan ərazisindən çəkiləcək Zəngəzura dəhlizinə qarşı birləşib.

Bir də belə bir olduqca zəif ehtimal da mövcuddur ki, Qərb Rusiyasız dəhlizə necəsə müsbət baxa bilər.

Rusiya İranın və Ermənistanın ona qarşı vahid cəbhədə yer almasının bədəlini xüsusilə İrəvana qanlı formada ödədə bilər. Qarabağdan köçürüb Gorusa apardığı erməni əhalisi Rusiyayönlü fikrə malikdir.

Ərazi varsa, ordu varsa (102-ci hərbi baza) Rusiya üçün öz ermənilərinin əli ilə (“artsax” təcrübəsi də varkən) Zəngəzuru işğal edəcək kimi görünür.

Demədi deməyin, neçə gündür Rusiya Baş Qərargahın arxiv xəritələri boşuna açılmayıb…

Əziz Əlibəyli
STM departament müdiri/Globalinfo.az