Ermənistanın “dövlət naziri” Ruben Vardanyanın həbsi regionu təhlükədən sığortaladı. O, böyük planda Qarabağa perspektiv hərəkətlərin icrasına başlamaq üçün məşqə gəlmişdi. Mümkündür ki, cənab milyarder Rusiyanın Cənubi Qafqaz üzrə “səhnə arxasındakı varlıların boz kardinala çevrilməsi” yanaşmasının yeni obrazı kimi meydana çıxmışdı. Gürcüstanda Bidzina İvanaşviliyə səhnə arxasından proseslərə müdaxilə etmək üçün pult verilib. Kremlin təşəbbüsü ilə yaradılmış “Milyarderlər ittifaqı” layihəsi 2013-cü ildə Azərbaycana qarşı kampaniya şəklində işə salındı və fiaskoya uğradı. Vardanyanın Qarabağa yolunu salması Rusiyanın regiondakı “milyaderlər proyektinin” Ermənistan üzərinə cəmlənən proyeksiyası idi. Vardanyan planı uğurla icra edə bilmədi, bu zaman isə Rusiya oyun qaydalarını dəyişdirdi – təbii ki, Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin Vardanyanın separatçı və cinayətkar fəaliyyətinə qarşı aydın və qətiyyətli əks-hücumları ilə. Deməli, Moskva üçün Azərbaycanla əməkdaşlığın perspektiv strateji konturları Vardanyan kartını kölgədə qoyurdu. Vardanyan kartının vurulması vacib amildir, elə Rusiyaya da sərf edir, Ukraynadakı müharibə ilə hərbi sahə ilə yanaşı, maliyyə çətinlikləri ilə üzləşən Moskvaya Vardanyanın milyardları lazımdır.
Ancaq məsələnin daha qaranlıq tərəfi var – Vardanyan Rusiya ilə Qərb arasındakı çirkli maliyyə transferlərini həyata keçirən fiqur idi, buna görə də, Qərbdən Vardanyanın həbsindən sonra yaranan reallıqla əlaqədar müxtəlif siqnallar verilə bilər. Qeyd etdiyimiz nüanslar və ya ehtimallar Azərbaycanın Qarabağda keçirdiyi antiterror tədbirlərinin nəticələrinin gurlaşan işığınında ortaya çıxır. Qısası, Vardanyanın Bakıya hüquq mühakiməsinə verilməsi üçün gətirilməsi, DTX-nin yayımladığı video regionda separatçılığın məhvinə yönəlmiş böyük tədbirlərin nəticəsidir. Bundan sonra digər cinayətkarlar ya təslim olmalıdırlar, ya da Azərbaycanın hüquq-mühafizə sisteminə müqavimət yolunu seçsələr, onlarla başqa cür danışılacaq.
Aqşin Kərimov, siyasi şərhçi