Ermənistana köçən separatçılar var gücləriylə çalışırlar ki, Qarabağda qalan azsaylı ermənilər də bölgəni tərk etsinlər. Müxtəlif şaiyələr yayırlar, guya onlara yaxşı baxılmır, Xankəndidə aciz vəziyyətdədirlər. Separatçılar belə bir şayiə də yayırlar ki, guya Qarabağda qalanlar əsl erməni deyillər, ya rusdurlar, ya da qarışıq millətdəndirlər. Yəni sözlərindən belə çıxır ki, əsl erməni türklərlə birgə yaşaya bilməz, yaşamamalıdır. Bu, erməni separatçıların ənənəvi irqi ayrı-seçkilik siyasətidir. Sual olunur: Qarabağda qalanlar əsl erməni deyillərsə, nədən onların da Ermənistana köçmələrinə çalışırsınız? Separatçıların məqsədi aydındır, Qarabağda ermənilərin yaşaması onların Azərbaycana qarşı “etnik təmizləmə” təbliğatını zəiflədir. Azərbaycan Qarabağda qalan erməniləri güclə orada saxlamayıb, istəyən ərazini tərk edə bilər, ancaq qalanlar düşünür ki, Ermənistanda səfil həyat yaşamaqdansa, Azərbaycan qanunları və pasportu ilə doğulduğu bölgədə və evində yaşaması daha məqbuldur.

Elxan Şahinoğlu, politoloq