Avropa İttifaqı (Aİ) onun xüsusilə xarici siyasət və təhlükəsizlik komissarı Fransanın Ermənistanla hərbi sazişinə və Fransanın bu ölkəni hərbi texnika ilə təmin etməyə başlamasına reaksiya vermədi.Bu o deməkdir ki, Avropa İttifaqı da Ermənistanı silahlandırmaqda maraqlıdır. Ermənistanın silahlandırılması onu Azərbaycanla sülh sazişindən çəkinməyə təşfiq etməkdir, bölgəmizdə müharibə riskini saxlamaqdır, Ermənistanı Azərbaycan və Rusiya ilə qarşıdurmaya həvəsləndirməkdir.

Bunlar isə öz növbəsində Azərbaycan- Ermənistan normallaşmasında Brüssel formatının rolunu heçə yendirməkdir. Eyni zamanda, Avoittifaq və Fransa Brüssel formatı çərçivəsində indiyədək əldə olunmuş razılaşmaları qüvvədən salırlar.

Brüssel sülh formatı Vətən müharibəsinə qədərki ATƏT Minsk Qrupunun Həmsədrlik formatının gününə düşür….

Aydın Quliyev, “Bakı- Xəbər” qəzetinin baş redaktoru