Ölkənin ən sayılan ali təhsil müəssisələrindən olan ADA Universiteti tam sürətlə regionallaşır və akademik portfeli də şaxələnir.
Artıq Qazax, Şəki və Gəncə şəhərlərində bu universitetin mərkəzləri qurulub və tədris prosesinə start verilib :
1. ADA-nın Gəncə kampuslarında “Kənd təsərrüfatı və qida elmi” fakultəsi yaradılıb.
Fakültə vasitəsilə kənd təsərrüfatı və qida sahəsində bakalavr, magistr və sertifikat proqramları təklif edilir.
2. Qazax Müəllimlər Seminariyasında yerləşən ADA Qazax Mərkəzində təhsil menecerləri hazırlanacaq.
Burada təhsil üzrə menecment, təlim və tədrisin təşkili metodikası və dövlət idarəetməsi sahələrində magistr və bakalavr proqramları təklif edilir
3. ADA ötən gün Şəkidə Milan Politexnik Universiteti ilə birgə Dizayn və memarlıq fakültəsi yaradıb
Burada interyer dizaynı, kommunikasiya dizaynı, məhsul dizaynı və landşaft dizaynı sahələrində bakalavr, magistr və sertifikat proqramları təklif olunur
Xatırladıram ki, iki il öncə ADA Universitetində Riyaziyyat, Maliyyə, Kommunikasiya və Rəqəmsal media sahəsində üç yeni ixtisaslar da yaradılmışdı.
Ümumiyyətlə, ADA ilkin dövrlərdə daha çox İT istiqaməti üzrə ixtisaslaşmaya üstünlük verirdi və bu sahədə xeyli də müsbət imic formalaşdırıb.
Görəsən ADA indiki regionallaşma və tam yeni akademik şaxələnmə ilə keyfiyyətli universitet modelini qoruyub saxlaya biləcəkmi ?
Güman ki, bunu da zaman göstərəcək.
Osman Gündüz, İKT eksperti