Əvvəlcə prezident Əliyev yerli mediaya müsahibə verir: Ərdoğanla bağlı mesajları xüsusi mahiyyət daşıyır:Daha sonra mühüm təyinatlar yaşanır:1. Vətən Müharibəsi qəhrəmanı Hikmət Mirzəyev nazir müavini təyin edilir.2. Azərbaycan dəniz qüvvələrinin komandanı azad edilir.3. 🔴 Azərbaycan Milli Müdafiə Universitetinin rəisi Heydər Piriyev vəzifəsindən azad edilir və Gündüz Piriyev təyinat alır.4. Müdafiə Sənayesi nazirinin müavini də işdən azad edilir..Orduda hansı proseslərin getdiyini dünən prezidentin verdiyi bir də bu açıqlama ilə tutuşduraq:8 kənd, Zəngəzur dəhlizi, BMT- nizamnaməsinin 51-ci maddəsi və ABŞ-dan gələn növbəti iddialar və açıqlama: Azərbaycan Ermənistana müdaxilə edəcək.Ümumiyyətlə, 2024-cu il dünya üçün son ildir/.Bu il Çin Tayvanı alacaq, Rusiya Ukraynada qalib gələcək, İsrail Yaxin Şərqdə güman ki, müstəqil kürd dövlətinin yaradılmasına nail olacaq, Türkiyə (xeyli maraqlı ssenari var), ABŞ -da böyük ehtimalla Trump geri dönəcək və ölkənin suverenliyi təhdid altında qalacaq (digər ştatlarin ayrılmaq istəyi kimi) Venesuela Qayanaya müdaxilə edəcək. Hindistan, Pakistan və Çin qarşıdurması baş verəcək, İran isə bütün hallarda ərəb dünyasınin növbəti dəfə darmadağın edilməsində müsəlman ölkəsi rolunu oynamış olacaq. Britaniya isa hamının üzərində qalib olacaq. Və belə bir dünyada Ermənistan deyir ki, nə 8 kəndi veririk, nə də Zəngəzur dəhlizini, eyni zamanda isə sülh müqaviləsini imzalandıqdan imtina edirik. Yaxşı, bu cür dünyada köməyinizə kim çatacaq, çox maraqlıdır!

Əziz Əlibəyli