İki Dünya Müharibəsinin təşəbbüskarı, başlayan və sonda məğlub edilən Almaniya olmuşdur. Almaniyanın fəallaşması, NATO- nun şərq sərhədlərinin qorunması, Polşa ərazisində qoşunlarını yerləşdirmək niyyəti Üçüncü Dünya Müharibəsinə gətirib çıxara bilərmi? Yenidən Almaniya böyük yükün altına girəcəkmi?

NATO – Rusiya birbaşa hərbi toqquşmasına yol açacaqmı?

Suallar çoxdur, cavablar, yanaşmalar və ehtimallar fərqlidir. Avropanın təhlükəsizlik arxitekturasına real təhdidlər Almaniyanı bu addım atmasına məcbur edə bilər, digər bir məqam iki müharibəni uduzan Almaniya yeni düzəndə psixoloji cəhətdən qalib tərəfdə olmaq istəyindən də doğa bilər. Lakin mürəkkəb geosiyasi proseslərin getdiyi bir vaxtda konkret nəticələr söyləmək çox çətindir. Digər bir versiya isə Almaniyanın fəallaşmasına səbəb kimi təhlükələri sərhədlərindən kənarda saxlamaqdan ötrü preventiv tədbirlər çərçivəsindən də baxmaq olar.

Zənnimcə, iki böyük müharibənin ağırlıq mərkəzi Avropa olduğu üçün Ukraynadan kənarda qoca qitənin daxilinə qədər müharibənin genişlənmə riskləri mövcuddur, ancaq NATO-Rusiya birbaşa qarşıdurması gözləmirəm. Görünür, xaos hələ uzun müddət davam edəcək.

Tural Əliyev, siyasi analitik