Rusiyanın Ermənistana silahlar göndərməsi, regionda sülhün əldə edilməsinə qarşı olduğunun göstəricisidir. Rusiyanın Ukraynada silahlara ehtiyac olduğu bir vaxtda Ermənistana silah göndərməsi heçdə əvvəllər əldə edilmiş razılaşmaların yerinə yetirilməsi deyil. Moskva bununla Qərblə Ermənistan arasında münasibətləri zəiflətmək və Azərbaycanla sülhə mane olmağı planlaşdırır.

Göründüyü kimi, Rusiya Cənubi Qafqazdan geri çəkiləcək kimi niyyəti yoxdur. Hətta Ermənistanı tam nəzarətindən çıxarmamağa çalışır. Ermənistana silahların verilməsi N. Paşinyanın apardığı siyasətə mənfi təsir edəcək. Qərbin N. Paşinyana etimadı zəifəyə bilər. Rusiya Fransa kimi regionda hərbi vəziyyətin davam etməsində maraqlıdır.

Məhəmməd Əsədullazadə, siyasi şərhçi