Fransa- Ermənistan dostluq qrupunun rəhbəri https://twitter.com/al_petel Anne-Laurence Petelə belə bir formada müraciət elədim ki, gəlib, Azərbaycanla – Ermənistan sərhədində video çəkməkdənsə, yaxşı olardı ki:

– Birincisi, gedib öz ölkəsində onu Fransa parlamentinə seçən seçicilərin problemlərilə maraqlansın, onlara cavab versin.

– İkincisi, yaxşı olardı ki Ermənistandan soruşsun ki, səkkiz kəndi Azərbaycana nə vaxt qaytarırsınız? – 3-cüsü açıqlasın ki, bu müddət ərzində niyə 1 milyon qaçqının, köçkün, 30 il ərzində işğal olunmuş torpaqlarla bağlı bir dənə də olsun Fransa tərəfi müsbət mövqe ifadə eləməyib.

– Dördüncüsü, ola bilər, ağlınız o zaman başınıza gələr k,i hər hansı biriniz gəlib, ermənilərin əkdiyi minaya düşəcəksiniz, o zamanmı ağlınız başınıza gələcək?

– Beşinci, o qədər səmimi bir missiya idinizsə, daha öncə niyə Moldovada, Gürcüstanda, Ukraynada olmadınız… axı orda da iddia etdiyiniz Rusiya vardı.

– Altıncısı, öz ölkənizdə durum nə qədər yaxşıdır ki, keçmiş tankistlərin hamısını orduya qaytarırsınız, traktorçuları tank sürməyə dəvət eləmisiniz..

– Yeddinci,

Fransa necə bir sülh paylayıcısı ola bilər ki, bu ölkə 300 yüz ildi Afrikada yalnız vəhşiliklərlə, faciələrlə, yağmalamalarla yadda qalır.

– Səkkizinci, Fransanın olduğu bu missiyalar bir mənalı şəkildə, onun mövcud olduğu ölkələrə də sözün əsl mənasında xeyir gətirmir, yalnız və yalnız məğlubiyyət gətirir.

Məşhur erməni şairlərdən birinin belə bir ifadəsi var ki, sülh vaxtı dövlət ölkə rəhbərinindir, (yəni Paşinyanındır) müharibə vaxt isə kasıbların, yəni vətən adlandırdıqları kəsimin.. İndi o savaş olsa, Ermənistanı gətirib çıxartdıqları bu müharibədən Fransa necə xilas edəcək?

Nə sərhədi var, nə də yaxın dayaq nöqtəsi.

Əziz Əlibəyli

STM departament müdiri