Milli Məclisin hər çağırışının səlahiyyət müddəti beş ildir. Konstitusiyanın 84-cü maddəsinin I bəndində belə yazılıb.
Həmin maddənin II bəndində isə yazılıb:
Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının seçkiləri hər beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir.
VI çağırış Milli Məclis növbədənkənar parlament seçkisinin nəticəsi ilə formalaşıb. Azərbaycanda sonuncu parlament seçkisi 2020-ci ilin fevralın 9-da keçirilib.
Konstitusiyaya əsasən, növbədənkənar seçkilərdə seçilən Milli Məclisin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər.
Bu halda Milli Məclisə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən parlamentin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir (MSK sədri Məzahir Pənahov bu məsələni nəzərdə tuturdu).
Göründüyü kimi, əgər parlamentə növbəti seçki bu qaydada keçiriləcəksə, o vaxt zaman olaraq noyabr ayı seçiləcək.
Yox, əgər tez olacaqsa, onda bunun növbədənkənar seçki statusu ilə rəsmiləşdirilməsi baş tuta bilər.
Aqşin Kərimov, siyasi şərhçi