Erməni separatçıları 1992-ci ildə Şuşanı işğal etmək üçün bütün güclərini səfərbər etmişdilər. Bakıda mövcud olan keçid hakimiyyəti (Milli Məclisin sədri eyni zamanda prezidentin səlahiyyətlərini icra edirdi) orduda nizam yaratmaqda çətinlik çəkirdi. Bu vəziyyət separatçıların işinə yarayırdı. Nizami ordunun formalaşmamasına baxmayaraq, Şuşada sonadək döyüşən qəhrəmanlarımız var idi, Ramiz Qəmbərov, Albert Aqarunov və onların silahdaşları son nəfəslərinədək savaşdılar.

Allah hamısına rəhmət eləsin! Onların qəhrəmanlığı tariximizə qızıl hərflərlə yazıldı və İkinci Qarabağ müharibəsində iştirak edən gənclərimizin döyüşlərdə uğur qazanaraq 28 il sonra Şuşanı və digər bölgələrimizi azad etmələrində bu amilin də böyük rolu oldu.

Elxan Şahinoğlu, politoloq