.
1974- cü il iyunun 9- da ABŞ- la Səudiyyə Ərəbistanının imzaladığı paktı nəzərdə tuturam.Bu sazişlə Səudlar dövləti neftini dollardan başqa heç bir valyutaya satmayacağı barədə öhdəlik götürdü .Saziş tərəflərin uzatma hüququ ilə 50 illiyə imzalanmışdı. Səudlar sazişi uzatmaq fikrində olduqlarını nümayiş etdirməlidir və beləliklə sazişin 50 illik dövrü 2024- cü ilin 9 iyununda bitdi. Ona gərə ” Pakt” deyilir ki, onun iqtisadi əməkdaşlıqla bərabər hərbi kömək asparktləri də var idi. Səudlar öz zəngin neftini ancaq dollara satmaq, ABŞ isə Səudlara hərbi dəstək öhdəliyi götürmüşdü.
O zaman Səudların buna ehtiyacı var idi. Gənc monarxiya – ailə dövləti idi, İsrail kimi regional jandarma dövləti ilə müharibə içində idi. Onu bu vəziyyətdə yalnız ABŞ ayaqda tuta bilərdi.Təbii ki, ABŞ da dünyada demokratiya və insan haqları deyilən pafoslu siyasət aparan bir ölkə olaraq monarxiya dövlətini açıq- aşkar dəstəkləmək kimi biabırçı siyasətin məsuliyyətini öz üzərinə elə – belə götürməzdi .Böyük marağı olmasaydı, buna getməzdi.ABŞ o zaman 1 saylı düşməni olan SSRİ- nin iqtisadi çökdürülməsi layihələri üzərində işləyirdi.O zamana qədər dünya dövlətlərinin milli valyutalarının dəyəri malik olduqları qızıl kütləsinin çəkisinə bağlı idi.Qızılın nə qədər çox idisə, milli pulun da o qədər güclü idi.SSRİ dövründə 1 rubl o qədər güclü idi ki, 1 rubl kurs etibarilə 1 dollara bərabər idi.Halbuki Amerikanın iqtisadiyyatı SSRİ- dən 10 dəfələrlə güclü idi .Ancaq milli valyutanın dəyəri ölkənin qızıl ehtiyatına bağlı olduğu və SSRİ- nin də qızıl ehtiyatı çox olduğu üçün rubl dolların qabağında ” filə söykənmiş dovşan ” kimi ” at oynayırdı.Tək bunu deyək ki, 1945- ci ildə Almaniyadan qatar- qatar qənimət qızıl daşımışdı .Halbuki 25 sosialist dövlətindən başqa rubl bütün ölkələrdə kağız parçası idi.
1974- cü ildə ABŞ SSRİ- nin bu qüdrətini sındıran ilk addımı atdı .Səudiyyə kimi böyük neft ölkəsi neftini ancaq dollara satmaqla dünyada dolların hegemonluq dövrünü başlatdı.Qızılı yox, dolları olmayana neft satılmadı. ABŞ və Səudiyyənin bu Birləşmiş qəsdi SSRİ- nin belini qırdı.Bütün ölkələr qızıllarını satıb dollar toplamağa başladılar. Ardınca SSRİ- ni Əfqanıstan bataqlığına , daha sonra isə 1986- cı ildə Reyqanın fantastik ” Ulduz müharibələrinin ” toruna saldılar .Qorbaçovun hakimiyyətə gətirilməsi 1974- cü ildən başlayaraq ABŞ- ın SSRİ- yə qarşı “qlobal qəsd” planının son həlqəsi oldu.
İnsanlar çox maraqlanır ki, ” Neftdollar paktının dövrü ” bitəndən sonra nə baş verəcək? Dünyanı nə gözləyir?
Heç nə! Yenə heç nə!
ABŞ o ABŞ deyil,siması açılaraq ifşa olunub.Səudiyyə də o Səudiyyə deyil,artıq Amerika filan hərləmir. Dünən Ukrayna üzrə İsveçrə sülh konfransının yekun bəyannaməsini imzalamayan bir neçı ölkədən biri oldu. Halbuki ABŞ- ın vacib müttəfiqlərindən biridir. Rusiya da ki, belə, SSRİ öz dövründə Əfqanıstan bataqlığına salındığı kimi bu da ” Ukrayna toruna” salınıb. Amerika başda olmaqla böyük Qərb ölkələri Müsəlman şərqin nefti hesabına özlərinə böyük uqtisadiyyat və hərbi sənaye kompleksi qurdular,SSRİ- ni yıxdılar,öz xalqlarına qənim kəsilmiş ərəb monarxiyaları bu işdə onların yardımçısı oldu, indi də ” Yaşıl enerji” oyununu ortaya atıblar ki, daha sizin neftiniz bizə lazım deyil. 10 illərdi ki, yaşıl enerji , iqlim dəyişməsinin fəsadlarından haray çəkən Avropada seçkilərdə ” yaşıllar partiyası” 5- 3 nəfərin səsini alır .Elə bilirsiniz bunlar təsadüfdür? Əsla , yox.
” 50 illik Neftdollar paktı ” bitəndən sonra yeni bir “gizli paktın ” dövrü başlayır.50 illik paktın qurbanı dünya sosializm sistemi olmuşdu.
Məncə indiki ” gizli paktın ” qurbanları olaraq neft- qaz ölkələri seçilib.
Yaşayaq, sağlıq olsun…
Aydın Quliyev, jurnalist