İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il may ayının 8-də qurulmuşdur.İtaliya ilə mədəni əlaqələr və təhsil sahəsində əlaqələr Azərbaycan gənclərinə İtaliyanın təhsil sistemindən yararlanmaq və mədəniyyətlər arası dialoq yaratmaq imkanı verir. Gənclərin İtaliyada təhsil almağı onları dahada inkişaf etdirir.İtaliya baxımınan Azərbaycanın zəngin qədim tarixini öyrənmək bu əlaqələr vasitəsilə İtaliya öz mədəni əlaqələrini inkişaf etdirir. Prezident İlham Əliyevin İtaliyaya ilk səfəri zamanı imzalanmış sənədin MOK ilə İtaliya Milli Olimpiya Hərəkatının İnkişafını idmanın mənəvi və etik dəyərlərinin mühafizəsini dəstəkləməyi nəzərdə tutan məqamlardan bəhs edib. İtaliyanın Azərbaycanla tərəfdaşlıq İtaliyanın Cənubi Qafqaz və Mərkəzi Asiyada nüfuzunu artırmağa və bu ərazilərdə siyasi təsirini genişləndirməyə imkan yaradır. Azərbaycanın Aİ ölkələrindən olan İtaliya ilə yaxın diplomatik münasibətlər Azərbaycanın beynelxalq səviyyədə mövqeyini gücləndirir. Qafqaz regionunda sabitlik üçün əhəmiyyətlidir. İtaliya Azərbaycanın Aİ daxilində əsas ticarət tərəfdaşıdır. Bu əlaqələrin inkişafı Azərbaycan iqtisadiyyatı və qeyri neft sektorunun güclənməsinə fayda vere bilər. İtaliyanın istehsal etdiyi sənayə texnologiya məhsulları Azərbaycan bazarına çıxış əldə edir. Azərbaycanla ticarət əlaqələrinin inkişafı İtaliya bazarları və iqtisadiyyatı üçün faydalıdır. Enerji sahəsində əməkdaşlıq İtaliya üçün enerji təhlükəsizliyini təmin etmək baxımından böyük əhəmiyyət kəsb edir. İtaliya Azərbaycanın enerji ixracatında vacib rol oynayır. Əsas Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə Azərbaycan qazının Avropaya ixracı İtaliya üçün vacibdir. İki ölkə enerjidən başqa tikinti,kənd təsərrüfatı və turizm kimi qeyri neft sektorlarında əməkdaşlığı genişləndirmək imknlarına malikdir.İtaliya şirkətləri Azərbaycanın Qarabağ bölgəsinin yenidən qurulmasında işdirakdan faydalana bilər.İtaliyanın mədəni diplomatiyası və incəsənəd dizayn sahəsində zəngin tarixi Azərbaycanda yaxşı rezonans doğurur. Akademik tərəfdaşlıqlar təhsil sahəsində əməkdaşlıqlar mədəni mübadilələr insanlar arasında əlaqələri və qarşılıqlı anlaşmanı gücləndirərək iki cəmiyyət arasında uzunmüddətli əlaqələri təşviq edir. İki tərəfli əlaqələrin gücləndirilməsi həm İtaliyaya həm də Azərbaycana öz regionlarında daha çox təsir göstərir.
Azərbaycan İtaliya münasibətlərinin inkişafı hər iki ölkə üçün vacibdir. Əsasən iqtisadi siyasi mədəni əlaqələrdə.Bu əlaqələr hər iki tərəfin marağlarını balanslaşdırmaq və genişləndirmək üçün strateji imkanlar yaradır.
Məmmədli Əsra
Azərbaycan Universiteti, İctimai Elmlər fakültəsi