Oktyabrın 10-14-də Kiprin Larnaka şəhərində sambo üzrə yeniyetmələr və gənclər arasında dünya birincilikləri keçiriləcək.

Birinciliklərdə 50-dən çox ölkədən idmançıların iştirakı nəzərdə tutulub.

Bu idman tədbirində Azərbaycanı yeniyetmələr (8 çəkidə) və gənclərdən  (7 çəkidə) ibarət komandalar tam heyətlə ölkəmizi təmsil edəcəklər.

İsmayıl Əlipənahov (53 kq), Murad Fətullayev (58 kq), Cavad İsayev (64 kq), Kənan Məmmədli (71 kq), Roman Qarayev (79 kq),  Əli Əliyev (88 kq), Əbubəkir Hüseynov (98 kq), Hacbaba İmaməliyev (+98 kq) yeniyetmələr, Nicat İsmayılov (58 kq), Nicat Rəhimov (64 kq), Xudabaxış Əliyev (71 kq), Kərəm Babazadə (79 kq), Sülhan Süleymanlı (88 kq), Şahin Əsədov (98 kq), Orxan Məcidli (+98 kq) isə gənclər arasında güclərini sınayacaqlar.

Komandaya Milli yığma komandanın baş məşqçiləri Vahid Tarverdiyev və Bəxtiyar Hacıyev  rəhbərlik edəcəklər.

Komandaların tərkibində olan idmançılar arasında perspektivli idmançılar Avropa birinciliyinin gümüş və bürünc mükafatçıları var.