Bildiyimiz kimi 2000-ci il 26-28 iyun tarixlərində Avropa Şurası Parlament Asambleyasının (AŞPA) növbəti sessiaysında Azərbaycan Respublikasının Avrpa Şurasına tamhüquqlu üzvlüyünə qəbul edilməsi barədə müsbət rəy verilmişdir. 2001-ci ilin yanvar ayında Azərbaycan Avropa Şurasına üzv olmuşdur. Bu tarixdən etibarən Azərbaycan və Avropa Şurası arasında insan hüquqlarının qorunması və əməkdaşlığın inkişafı naminə bir sıra işlər görülüb. Lakin ötən müddət əsrzində Asambleya rəsmi Bakının öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi barədə qətnamə qəbul edib. Azərbaycanlı deputatlar bu qətnamənin ölkəmizə qarşı “qarayaxma kampaniyası” olması ilə əlaqələndirirlər. Bu qətnamənin qəbul edilməsindən bir neçə saat öncə Azərbaycan nümayəndə heyəti AŞPA -da üzvlüyünü (əməkdaşlığını) “ qeyri müəyyən müddətdə dayandırmaq” qərarını qəbul edib. Bu qərar təbiki Azərbaycan və Cənubi Qafqaz regionuna bir sıra müsbət və mənfi təsirlər göstərərək müəyyən inkişaf prosesləri və problemlərlə nəticələnə bilər. Bunun nəticəsində Cənubi Qafqazda iqtisadi, siyasi, geosiyası, hüquqi və s. məsələlərə toxunmaq mümükündür.
Azərbaycan və Avropa Şurası arasındakı gərginliklərin Cənubi Qafqaza olan müsbət təsirlərini insan haqlarının yaxşılaşması, şəffaflığın artması və ya regional dialoqlar kimi düşünmək mümkündür.
İqtisadi təsirlər, siyasi sabitliyin pozulması və ya strateji ittifaqların dəyişməsi mənfi təsirlərin göstəricisidir. Avropa ilə münasibətlərin pisləşməsi iqtisadiyyata mənfi təsirləri böyükdür. Yəni iqtisadi lahiyələrin dayandırılması və xarici investisiyaların azalması iqtisadiyyatın inkişafına maneə yarada bilər. Bu gərginlik xarici investisiyalardan əlavə enerji layihəsi olan TANAP inkişafını ləngidə bilər. Bundan əlavə ticarət əlaqələrində müəyyən dəyişikliklər ola bilər. Yəni müəyyən məhsul ixracında çətinliklər olması ilə yanaşı yeni xarici bazarlara yəni Asiya və Orta Şərq ölkələri ilə ticarət əlaqələrini daha da gücləndirməyə imkan yarada bilər. Cənubi Qafqazda iqtisadi problemlərdən əlavə srateji ittifaqların dəyişilməsi bu gərginliyin mühüm səbəblərindən biri ola bilər. Azərbaycanın Rusiya və digər ölkələrlə yaxınlaşması hərbi, siyasi və iqtisadi sahələrdə sıx əməkdaşlıqla nəticələnə bilər. Bununla da Azərbaycanın C.Qafqazda strateji mövqeyi daha da gücləndirməyə imkan yarada bilir. Bundan əlavə Cənubi Qafqazın Asiya və Yaxin Şərqlə əlaqələrinin daha yaxşı irəliləməsi ilə nəticələnə bilər.
Ermənistan, bu gərginlikdən istifadə edib Azərbaycan ilə əlaqələrini normallaşdırmağa cəhd göstərə bilər. Azərbaycan və Ermənistan arasındakı məlum münaqişə sülh danışıqları ilə nəticələnə bilər.
Hesab edirəmki, Azərbycan, Avropa Şurası ilə əlaqələrinin qeyri-müəyyən müddət ərzində dayandırılması ölkəmizdə və Cənubi Qafqazda iqtisadi əlaqələrində çətinlik olsada sülh danışıqları və müəyyən regional müansibətlərdə əməkdaşləğın irəliləməsində şərait yarada bilər. Bununla yanaşı gərginlik, Cənubi Qafqazın, Yaxın və Uzaq Şərqlə əlaqələrinin dərinləşməsinə imkan yarada bilər.
Nəticə etibarilə, gərginliyin C.Qafqazda çətinliklər yaratsada müəyyən inkişaf proseslərinədə səbəb ola bilər. Avropa Şurasının Baş Katibi Mariya Peyçinoviç Buriç Azərbaycanla Avropa Şurası arasında 2022-2025ci illəri əhatə edən Fəaliyyət Proqramı qəbul edəcəyini bildirmişdi.bu proqramın məqsədi isə Azərbaycan və Ermənistan arasında əlaqələrin normallaşdırılmasında platforma rolunu oynama hazır olduğunu bildirmişdir.
Regionda strateji ittifaqlar gələcək üçün əhəmiyyətli təsir göstərə bilər. Bəzi proseslərə baxmayaraq Azərbaycanın Avropa Şurasında üzvlüyün gələcəkdə bərpa olunma ehtimalı var.
Rəhimə Rəhimova
Azərbaycan Universiteti