İranın din adlı siyasi təbliğat maşını necə işləyir?
İlk öncə dəstə şəklində şəhidlərin dəfn mərasimlərinə gedib, sinə vururlar. Bütün şəhidlərə etmirlər bunu, seçirlər, ailənin psixoloji durumu nəzərə alınır.
Gedə bilməyən qadınlar yas mərasimlərinə gedirlər. Orada “Hüseyn”, “Əbəlfəz” mərsiyələri deyirlər. Anaları onların anasına, bacıları onların bacısına bənzətmə şəklində sözlərdən istifadə edirlər.
Sonra digər günlərdə qrup şəklində şəhid ailələrinə baş çəkirlər, dindən, axirətdən, hicabdan danışırlar. Bayramlarda, dini günlərdə yenə şəhid analarının yanına gedirlər, onları guya unutmurlar, dərdlərinə şərikdirlər, neçə əsr qabaq xanım filankəslər bunu ediblər, onu ediblər, deyə “təsəlli” verirlər.
Bundan sonra artıq dəvətlər başlayır. Şəhidin ad günlərini “mövludu” deyərək, dini sözlərlə bəzəyərək, paylaşırlar hər yerdə, guya şəhid anasını tək qoymurlar. Öz qəbillərindən olan hamını dəvət edirlər o evə.
Şəhidin il mərasimində də elə.
Müqəddəs saydıqları yerlərdən gətirilmiş dini şüarlar, əşyalar, oxunmuş tütyələr və s. asırlar evlərə. Ailəni bir növ psixoloji əhatələyirlər.
Daha sonra xeyriyəçi filankəsin dəstəyi ilə anaların Məşhəd və Kərbəla ziyarətləri təşkil olunur. Burada şəhidin şəkli olan geyimlər geyinən gənclər, bayraqlar olur. Onlara hər cür xidmət təşkil olunur.
Şəhid anası dərdli adamdır, əlbəttə yarası var və onun üçün elə yerlər bir təsəllidir. O yaradan istifadə edirlər və şəhid anaları artıq onların əhatəsinə salınır.
Kitablar verilir, ayətullah, alim filankəsin salamı çatdırılır, Quranı hədiyyə olunur və s.
Zaman keçir, din adı altında ideoloji siyasi hərəkat edənlərdən biri həbs olunanda, şəhid analarından istifadə edirlər… Düyirlər, filankıs şəhidmizin anası haqq yolunda olanlara dəstək çıxdı. Siz kimsiniz ki, filankəsi həbs edirsiniz? Şəhid anasından çox bilirsiniz? Bu dəfə şəhid anasını polis meydandan uzaqlaşdıranda, sosial şəbəkələrdə təbliğat başlayır ki, vətən uğrunda balasını qurban edən anaya zorakılıq edildi. Ay millət, bunlar İsrail şeytanlarıdır. Ar olsun və s.
Ona görə də, diqqətli olaq.
Şəhla Cabbarlı