Gürcüstan və İran Zəngəzur dəhlizini heç zaman istəməz. Sən onlardan asılı olmayacaqsan. Biri baş tutmamasını arzular, digəri isə həm arzulayar, həm də çalışar. Gürcüstan və Türkiyə ərəb ölkələri və Rusiya turistlərinin sənin ölkənə gəlməsinə rahat yanaşmaz. Dünyada ən çox pul xərcləyən turist ərəb və ruslardır. Bir rusun əyləncəsinə və zövqlərinə xərclədiyi pulu 7-8 avropalının sərfiyyatına bərabərdir. Bir ərəbin sənin iaişə və ticarət obyektlərində qoyduğu pulu 10-12 avropalı məsrəf etmir. O turistlərin burdan küsüb Antalya, Batumiyə getməsi üçün sənin zəif və düşünmədən addım atdırıb dilləndirəcək emosional cəhətindən istifadə edərək öz əlinlə səni həm iqtisadi xeyirdən, həm xalq diplomatiyasından bəhrələnməkdən məhrum etdirir. İran və Türkiyə sənin kənd təsərrüfatı və tibb sahənin inkişafını istəməz. Bu səni vətəndaşın sağlamlığı və ərzaq təhlükəsizliyi kimi strateji məsələlərdə onlardan asılı edir. Üstəlik, valyuta qazandırır. Bunlardan məhrum olmağı əsla sakit qarşılamayacaqlar. Türkiyə sənin tekstil və digər sahələr daxil yüngül sənayenin inkişafını istəməz. Bazar itirir. İstehsal sahələrində investorıuğu ələ almaqla rahatlana bilər. Rusiya sənin alternativ taxıl alma mənbələrinin çoxluğunu istəməz. Taxılın nömrə bir qida vasitəsi olduğunun izaha gərək yoxdur. Rusiya və Türkiyə sənin təhsilinin inkişafını qəbul etməz. Nə də ki, xaricdə təhsil proqramında praporsiyanın digər ölkələrlə bərab bölgüsünü. Təhsil kadr bazası deməkdir. Bunu da geniş izaha lüzum duymuram. Nə qədər mühüm olduğu və nələrdə rol oynadığını hamı bilir.

Əli İsgəndərov