İqtibas: Qarabağ məsələsi artıq həll olunub. Artıq Ermənistanın Qarabağda səs vermək hüququ yoxdur, Ermənistanın Qarabağda rolu yoxdur.
İzah: Bu, açıqlama nədən xəbər verir?
Erməni ictimai rəyi buna hazır olmalıdır, qəbul etməlidir və Nikol Paşinyanı daha üzməməlidirlər.
Eyni zamanda ərəb qafalı erməni bu üsulla topu Rusiyaya atdı.
İqtibas: Levon Ter-Petrosyan: Rusiya-Ukrayna müharibəsi üzündən indi bizim üçün çox təhlükəli vəziyyət yaranıb.
İzah: Yəni Az-la çox qısa müddətdə dil tapıb, müqavilə bağlamaq lazımdır. Rusiya müharibəni haçan bitirəcək, bilinmir. Bu gedişatda isə İrəvan havadan asılı, sahibsiz qalır.
İqtibas: ● Bizi çətin qərarlar gözləyir: Ya Azərbaycanla, yaxud da Türkiyə ilə müqavilələr imzalanmalıdır. Buna məcburuq!
İzah: Hər iki istiqamətdə irəliləyişlər var və bundan imtina qonşulardan imtina, köçüb getmək deməkdir, sadəcə realdır, üçüncü yol yoxdur.
İqtibas: ● Ermənistanı nəyin gözlədiyini ancaq bir nəfər bilir, bu, Nikol Paşinyandır. Heç birimizin real məlumatı yoxdur.
İzah: o qədər səbəb sayandan sonra Nikol Paşinyanı qorumaq istəyir, onun əsl sirrə vaqif olduğunu – yəni real güc qarşısında İrəvanın əlində isə nə qaldığının dəqiq bilir. Çünii deyir- ● Müxalifətin əksəriyyəti hesab edir ki, Paşinyandan qurtula bilsələr, o zaman çətin qərarlardan qaça bilərik. Bu sadəlövhlükdür.
İndi Rusiyadan hansısa gözlənti gözləmək olarmı, bu, çox təhlükəli vəziyyətdir, heç vaxt belə təhlükəli vəziyyət olmayıb. ABŞ-ın vəziyyətimizi daha da çətinləşdirməmək və bizim üçün az-çox məqbul bir həll yoluna gəlmək imkanı var.
Yəni Rusiyadan qaçıb ABŞ-a sığınmaq yağışdan çıxıb, doluya düşməkdir.
İvent analiz eləsək, görərik ki, daha çox Azərbaycan və Türkiyə ifadəsi işlədir.
Yekun: Petrosyanın məşhur fikri var: Azərbaycanla indi (1994-də) masada əyləşərək sülh müqaviləsi imzalamasaq, gələcəkdə diz çöküb imzalamalı olacağıq.
Çox doğru, həmin dövrdür,