Qarabağ məsələsi beynəlxalq müstəvidə müzakirəyə çıxarıla bilməz. Fransaya nota təqdim edilməli və bu ölkənin bütün vasitəçilik missiyasından imtina edilməlidir. İran Azərbaycana qarşı düşmən mövqedən əl çəkməlidir. Azərbaycan Ordusu Qazax və Kərki istiqamətində hərbi əməliyyatlara başlamalıdır. Qarabağ müzakirələrinin beynəlxalq müstəvilərdə aparılması qəbuledilməzdir. Hansısa bir dövlətin Azərbaycanın daxili məsələlərinə qarışmaq cəhdlərini yolverilməzdir.

Fransa prezidenti Emmanuel Makronun ermənipərəst mövqeyi və düşmən ölkəni dəstəkləyən açıqlamaları bu ölkənin Azərbaycana qarşı olan məkrli fəaliyyətinin nəticəsidir. Azərbaycan Fransa rəsmiləri ilə hər-hansı regional məsələni müzakirə etməməli və regionda Fransanın yuvalanmasına imkan verməməlidir. Fransa prezidentinin bu davranışı ABŞ rəsmilərinin fəaliyyəti ilə üst-üstə düşür və belə təxribatçı fəaliyyətə imkan verilməməlidir.

İranın Azərbaycana qarşı fəaliyyəti, dövlət rəsmilərinin bəyanatları qəbul edilməzdir. Hazırkı məsələlərə dair İranın mövqeyi açıq-aşkar düşmən mövqeyidir.

Qazax rayonunun işğal altında olan kəndlərini və Naxçıvanın Kərki kəndinin azad olunması uğrunda hərbi əməliyyatların keçirilməsi zəruridir. Laçın dəhlizinin bağlanmasını, Xankəndi və ətraf ərazilərdə antiterror əməliyyatının keçirilməsi zəruridir.

Azərbaycan nümayəndələrinin BMT Baş Məclisində Ukrayna ilə bağlı məsələlərdə və eyni zamanda Avropa Şurası Parlament Assableyasında ölkəmizə dair məsələlərin müzakirəsində açıq mövqeyə ortaya qoymalıdırlar.

Sabir Məmmədli, professor