Əsrlər boyu Türkiyə Yunanıstan arasında Egey dənizi adaları ilə bağlı münaqişələr dəvam etməkdədir.
Bu münaqişələr hələ də öz həllini tapmayıb. Türkiyə Prezidenti Ərdoğan, çıxışlarının birində, “Lazım
gələrsə, əlimizdə olan bütün imkanlardan istifadə edərək, Yunanıstana qarşı vuruşmaqdan
çəkinməyəcəyik” ifadələrini işlədib. Türkiyə Yunanıstan münaqişəsi müharibəyə çevrilə bilərmi?

Bu haqda politoloq Rusif Məmmədsoy fikirlərini bölüşdü: ”Dünyada proseslər o qədər sürətlə
dəvam edir ki, baş verə bilməz dediyimiz hadisələr belə reallaşır. Xüsusilə Rusiya-Ukrayna savaşından
sonra digər cəbhələrdə də vəziyyətin qarışması və yeni dünya düzəninin formalaşması bunu
deməyimizə ciddi əsas verir. Hazırki məqamda belə bir qarşıdurma gözlənilən deyil. Ancaq siyasətdə
elə həmlə ola bilər ki, bu proseslər hərbi münaqişəyə də çevrilə bilər.
Həmçinin politoloq NATO-nun bu münaqişəyə olan münasibətini bildirdi: “NATO deyərkən, ağlımıza
ilk gələn, əlbəttə, ABŞ olacaq. Təəssüflər olsun ki, ABŞ Türkiyəyə qarşı birmənalı münasibət bəsləmir.
Xüsusən də yüz il öncəki anlaşmalara zidd olaraq, Yunanıstana məxsus adalarda hərbisizləşdirmə
həyata keçirilməli idi. Lakin, ABŞ-a məxsus hərbi qüvvələr hələ də həmin adalarda yer almaqdadır.
Yunanıstan hökuməti anlamalıdır ki, ABŞ və digər ölkələrin təkidi ilə Türkiyə kimi qlobal bir gücə qarşı,
bu cür rəftar sərgiləmək onun özünə böyük zərbə vuracaq.
Politoloq Yunanıstanın mövqeyini Ermənistanın indiki vəziyyəti ilə də eyniləşdirdi: ”Afinanın bügünkü
mövqeyi bizə, Ermənistanın vaxtıykən keçdiyi yolu və indiki rəzil vəziyyətəni xatırladır. Rusiya
Ermənistandan necə istifadə edirsə, bu gün də necə çıxılmaz vəziyyətdədirsə, eyni aqibət Afinanı da
gözləyə bilər. Buna görə də Yunanıstan mütləq şəkildə Türkiyə ilə olan münasibətləri
normallaşdırmalıdır. Həmçinin hər iki dövlətin NATO üzvü olması da bəzi suallara aydınlıq gətirir. Bu
ölkələrin mövcud gərginliyin savaş səviyyəsinə çatması təkcə Türkiyə və Yunanıstana deyil, eyni
zamanda ABŞ-ın NATO daxilindəki nüfuzuna da ciddi zərbə ola bilər. Hər halda Afina ABŞ və digər
ölkələrin əlində maşa kimi istifadə olunmaqdan imtina etməlidir.
Politoloq xüsusilə, Türkiyə prezidentinin son çıxışlarından birini də xatırlatdı: Jurnalistin “”Bir gecə
ansızın gələ bilərik” demisiz” sözünə cavab olaraq Ərdoğan bildirdi ki, bəli çox doğru eşitmisiniz, bu
sadəcə Yunanıstana aid deyil, ümumlikdə bizi narahat edən istənilən gücə qarşı biz, bir gecə ansızın
gələ bilərik”. Yunanıstan bu proseslərdə mütləq şəkildə Türkiyə ilə ortaq məxrəcə gəlməlidir.


Hərbi-siyasi ekspert Həşim Səhrablı Yunanıstan-Türkiyə arasındakı proseslərdə NATO-la bağlı olan
münasibətini bildirdi: ”Bu iki ölkə arasında olan qarşıdurmalar tarixi və etnik köklərə sahib olan dərin
münaqişələrdir. Türkiyə-Yunanıstan arasındakı baş verən münaqişələr hələ ki siyasi müstəvidə davam
edir. NATO hərbi təşkilat olduğu üçün dövlətlərin siyasi mübarizəsinə müdaxilə edə bilməz. Ankara
Afinaya və ya Afina Ankaraya hərbi müdaxilə edərsə, NATO-nun özündə parçalanma yarana bilər.
Ümumiyyətlə, Türkiyə-Yunanıstan münaqişəsində NATO-nun aktiv oyunçu olacağına inanmıram.
Addım atsa belə, effektiv olacağını düşünmürəm. NATO-nun aktivliyi yalnız bəyanatlarda özünü
göstərə bilər. Və belə bəyanatlar artıq öz hökmünü itirib və ciddi qəbul edilmir” .

Gülbəniz Səfərova, BDU Jurnalistika fakültəsinin tələbəsi