İrəvanın əsas gücü dördlü düstur ilə ölçülür
- Ermənistan
- Qondarma rejim
- Diaspora
- Kilsə
Və heç birinə aid olmayan Rusiya ilə İran.
Azərbaycanın əsas uğuru bunlar arasında parçalanma sala bilməsi oldu.
Hazırda ikinci bəndin dağılmasının nəticələrinin bərpasına çalışırlar.
Ermənistan müxalifət post – Nikol dönəminə (Rusiya prizmasından baxır. Rusiya həm hərbi güclə Ermənistanda, həm də Qarabağda mövcuddur)
İran isə hazırda faktiki cənubi Ermənistanı işğal etmiş durumdadır.
Xankəndi kartı Rusiya ilə Azərbaycan arasında münasibətləri pozmaqla yanaşı, Rusiya KTMT-dəki müttəfiqlərinin əli ilə müttəfiq Ermənistanı yox, Azərbaycanı müdafiə etdiyi görüntüsünü yaradır.
Hazırda Yunanıstan, Kipr və Ermənistan ABŞ, Avstraliya, Fransa və Böyük Britaniyada soyqırımı ilə bağlı birgə fəaliyyət üçün planın icrasına başlayırlar.
Hazırda qondarma rejimin iki əsas vəzifəsi var:
- Rus sülhməramlılarının fəaliyyət vaxtının uzadılması, qeyri – müəyyən vaxtda qədər.
- Qarabağın indiki statusunun saxlanılması.
Amma Nikol Paşinyanin təklifini gərək Azərbaycan rəhbəri dəstəkləyə ki, reallaşa.
31 oktyabr öncəsi Nikol heç bir halda Azərbaycana dəhliz verməyəcəyik deməsi, dəxli olmayan marşrut üzrə hərəkət yolu verməsi deməkdir.
Hazırda Rusiya tələb etsə də, Ermənistan ölkəyə buraxmadığı Zatulin və digərlərinə görə heç bir izahat verməyib.
İki dəfə qondarma rejim bəyan etdi ki, Ermənistan Respublikasının onların milli təhlükəsizliyinə zərbə vuracaq hansısa sənədi imzalamağa səlahiyyəti yoxdur.
(Çox əla yanaşmadir və bu rəsmən Böyük Ermənistan ideyasının dəfnidir).
Və rəsmən qondarma rejim Rusiyanın sözügedən məsuliyyəti öz üzərinə götürməsini rica edir. - Əziz Əlibəyli