Bir müddət əvvəl Bakının Səbail rayonunda İlkin Cəbiyev özündən 10 yaş böyük olam sevgilisini bıcaqlamışdır. Nəticədə o məhkəmə qarşısına çıxmışdır. Bildirməliyik ki, bu ilk belə hadisə deyil. Əvvəllər də dəfələrlə biz erkən yaşda evliliyin, xüsusilə də cütlüklər arasında yaş fərqinin normal olmamasının fəsadlarını görmüşük. Bəs bunun səbəbini harda axtarmalıyıq? Bizim sevgi adı altında bildiyimiz hiss əslində nədir?

Bu məsələ ilə bağlı psixoloq Sənubər Nəzərova’nın fikirlərini öyrəndik. Psixoloq bildirdi ki, sevginin yaşı olmaz: “Bu mövzuya iki aspektən baxış lazımdır. Birinci duyğu, ikincu davranış olaraq. Çünki sevgi duyğudur və istənilən yaş dövrü üçün nisbi anlayışdır. Nə başa düşürüksə, nə gözləntimiz varsa, nə istəyiriksə, sevgi odur və sevginin yaşı olmaz. Məsələn, kiminsə sevgi anlayışı ehtirasa, şəhvətə və s. əsaslanır, kiminsə sevgi anlayışı anlaşmaya, emosional dəstəyə və s. əsaslanır. Deməli, hər kəsin sevgi anlayışı eyni deyil. Amma hamıda sevgi düşüncəsi, sevgi gözləntisi və istəyi var. Yeniyetmələrdə də belə düşüncə, gözlənti ola bilər”.

S. Nəzərovanın fikrincə, bu psixoloji baxımdan bu tam normaldır: “Sadəcə bilmək lazımdır ki, həmin şəxs sevgidən nə anlayır, nə düşünür və nə gözləyir. Bu baxımdan sevgi çox təbii, normal duyğudur. Həmin yaş dövrü üçün öz anlayışı qədər bunu yaşaması da çox təbiidir. Davranış qaydasında duyduğu sevgi hissini davranışda necə göstərməyə gəldikdə isə insandan insana dəyişən haldır. Elə insan var ki, sevir, amma bunu göstərməz, acı çəkər, sakit durar. Elə insan var sevir və bunu açıq şəkildə etiraf edir. Burada temprament, xarakter, tərbiyə və s. müxtəlif faktorlar rol oynaya bilir. Lakin davranışı da konkret bir səbəbə bağlamaq olmaz. Bəzi insanlarda bu başqa səbəblərdən qaynaqlanır”.

Psixoloqun fikrincə, yeniyetməlik yaş dövründə bu tipli sevgi hissləri və sevginin davranışla göstərilməsi kifayət qədər normaldır: “Çox normal qiymətləndirilir. Çünki sevgi anlayışı nisbidir. Bu şəxsin sevgidən nə başa düşdüyündən asılıdır. Bəlkə də, şəxs sevgidən bir sirdaşı, dostu, ona qayğı göstərən insanı sevdiyini düşünürsən və bu zaman həmin “sevgi” adlandırır”.

Aytac Fuadqızı, BDU Jurnalistika fakültəsinin tələbəsi