
🔹4 fevral tarixi yadda qalacaq qədər mühüm addımlarla tarixə düşdü.
🌍Qlobal siyasi gündəm əvvəlcə Si Cinpin və Vladimir Putin arasında keçirilən videokonfransla başladı. Danışıqların ən mühüm aspekti Rusiya və Çinin nümunəvi hərtərəfli tərəfdaşlıq formalaşdırdıqlarının təsdiqlənməsi idi. İki ölkənin BRICS və Şanxay kimi formatlarda daha da yaxınlaşdırılması qərara alındı.
📜2026-cı il kontekstində mehriban qonşuluq, dostluq və əməkdaşlıq haqqında Müqavilənin imzalanmasının 25 illiyi, eyni zamanda strateji tərəfdaşlığın qurulmasının 30 illiyi qeyd olunur. Tərəflər həm ikitərəfli əsasda, həm də BMT, BRICS və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) kimi çoxtərəfli formatlar çərçivəsində qlobal və regional gündəlik üzrə sıx koordinasiya barədə razılığa gəliblər.
🛡️ Təhlükəsizlik gündəliyində əsas məsələ sırf təhlükəsizlik olub. Bu dialoq, 5 fevral 2026-cı ildə START-III Müqaviləsinin müddətinin bitməsi fonunda xüsusi əhəmiyyət kəsb edib. Görüşün iki iştirakçısı qlobal münaqişə aktoru kimi aktiv və ya aktivləşmə fazasında yer almaqdadır. Bu görüşü sülh gündəminə aid etmək olmaz.
📞 Bundan dərhal sonra Si Cinpin ABŞ Prezidenti Donald Tramp ilə uzunmüddətli telefon danışığı aparıb. Bu, liderlərin son iki ayda ilk birbaşa təması idi.
💼İqtisadi razılaşmalar çərçivəsində Tramp bildirib ki, Çin ABŞ-dan soya alışını 20 milyon tona, növbəti mövsümdə isə 25 milyon tona qədər artıracaq. Eyni zamanda ABŞ neft və qazının Çin tərəfindən daha çox alınması müzakirə olunub ki, bu da qlobal enerji bazarlarına ciddi təsir göstərə bilər. Bu addımlar Trampın 2026-cı ilin aprelində Çinə planlaşdırılan “biznes səfəri” fonunda atılır.
⚠️Buna baxmayaraq, Çin lideri ABŞ rəhbərini Tayvan məsələsində silahlanmanı dayandırmağa çağırıb. Bu görüş də sülh dinamikasına aid deyil.
⛏️Geoiqtisadi qarşıdurma xəttində Marko Rubionun rəhbərliyi ilə “Kritik Minerallar üzrə Nazirlər Sammiti” işə başlayıb. Sammitdə Keniya, Konqo, Qvineya, Hindistan, Boliviya, Cənubi Koreya və digər ölkələr iştirak edib. Tədbirin məqsədi ABŞ-ın Çinin dominant olduğu tədarük zəncirlərindən asılılığını azaltmaqdır.
🚫Sözügedən sammitin də məqsədi sülh yox, qarşıdurmada yeni bir cəbhə açmaqdır.
🌐Digər görüşlər sırasında Misir–Türkiyə görüşü və Qasım-Jomart Tokayevin İslamabada səfəri epizodik xarakter daşıyır və sülhlə birbaşa bağlı deyil.
📍Lakin mühüm bir görüş də Əbu-Dabidə keçirilir.
⚔️Əbu-Dabi danışıqları çərçivəsində Ukrayna, Rusiya və ABŞ nümayəndələri arasında üçtərəfli danışıqların ikinci raundunun ilk günü baş tutub. Görüş Ukraynanın enerji infrastrukturuna endirilən zərbələr fonunda keçirilib və Prezident Zelenski bunu “qış atəşkəsi”nin pozulması kimi qiymətləndirib.
🗓️Eyni zamanda, Ankarada baş tutmayan ABŞ–İran görüşü 6 fevralda Omana keçirilib. Nə ABŞ–İran, nə də Ukrayna–Rusiya görüşləri hazırda sülh narrativi daşımır.
🤝Çoxtərəfli platformalar kontekstində Dubayda Ümumdünya Hökumət Sammiti (WGS 2026), G7 xarici işlər nazirlərinin Niaqara görüşü, Sinqapurda Kosmos Sammiti 2026 və digər tədbirlər də baş tutub.
🏅Lakin günün ən tarixi hadisəsi 4 fevralda Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi olub.
🕊️Prezident İlham Əliyevin çıxışı xüsusilə diqqətçəkən akkordlarla yadda qalıb.
🧠Analitik baxışla əsas nəticə budur:
Dünyada qlobal siyasi əhəmiyyəti olan təxminən 7–8 görüş keçirilib və onların demək olar hamısı müharibə, təhlükəsizlik və ya rəqabət gündəmi daşıyır.
⭐Yalnız bir görüş istisnadır — Əbu-Dabidə reallaşan Əliyev–Paşinyan sülh görüşü.
🌱Aktiv 9, ara-sıra davam edən 60-dan çox müharibənin olduğu dünyada yeganə real sülh faktı mövcuddur.
Bu da Azərbaycanın Zəfər Sülhüdür.

