Ukrayna müharibəsi başlayandan bəri “Qazprom”dan Avropaya tədarüklər artıq əhəmiyyətli dərəcədə azalıb. Rusiyanın Avropaya qaz nəqlini dayandırması regionda qaz qiymətlərinin 2022-ci ilin əvvəlindən 230%-dən çox, bir il əvvəlkindən isə təxminən 1000%-dən çox artmasına səbəb olub.

Qış yaxınlaşdıqca Avropa ölkələri Rusiyadan aldıqları təbii qazı başqa təchizatçı və ya mənbə ilə əvəz etməyə çalışırlar. Bir qrup Avropa ölkəsi elektrik enerjisi istehsal etmək və böhranla mübarizə aparmaq üçün işıqları  və isitməni məhdudlaşdırmaqla enerjiyə qənaət etmək üçün yenidən kömürə keçmək məcburiyyətində qaldığı halda, bəziləri hazırda qısamüddətli həll yolu kimi 20-yə yaxın üzən maye təbii qaz terminalı quraşdırmaqla məşğuldur. Bu terminallara maye qaz (LNG) gəmilərlə başqa ölkələrdən gətirilir. 

Alimlər bu terminalların ətraf mühitə uzunmüddətli təsirindən narahatdırlar. Onların fikrincə, belə terminalların mövcudluğu və praktikliyi nəinki Avropanın enerji keçidini ləngitmək potensialına malikdir, həm də karbon qazından 20 dəfə daha zərərli istixana effekti olan metan hasil edir. Bu barədə məlumat verən Massaçusets Texnologiya İnstitutunun ətraf mühit üzrə tədqiqatçısı Con Streman isə nəhəng LNG infrastrukturunun qurulmasının dünyanı getdikcə daha çox qazlı yanacaqlardan asılı vəziyyətə salacağı və iqlimə ziyan vuracağını qeyd edir.

Pünhan Musayev, iqtisadçı.

Mingəçevir Dövlət Universitetinin məzunu.

Sosial Tədqiqatlar Mərkəzi / Sosial-iqtisadi tədqiqatlar departamenti.