Tələbə qəbulu sahəsində, abituriyent hazırlığı ilə bağlı son zamanlar tədris mərkəzlərinin rolu artmaqdadır.

Bu xüsusda regionda fəaliyyət göstərən kursların adını çəkmək olar.Belə ki, Gədəbəy rayonunun ucqar kəndlərindən olan Çobankənd bölgəsində təhsil verən “Bizim Kurs” Tədris Mərkəzi seçilməkdədir. Cari tədris dövründə kursun 18 abituriyentindən 16 nəfəri yüksək balla ali məktəblərə qəbul olub. Dağlıq bölgədə yüksək keyfiyyətli təhsil və müasir tədris metodları ilə yüksək nəticə əldə etmək əsl qəhrəmanlıq nümunəsidir.