Azərbaycan keçirdiyi əməliyyat coğrafiyası ilə bağlı beynəlxalq məsuliyyətə cəlb oluna bilərmi?Hüquqi izahat Bir qayda olaraq, 12 sentyabrda başlayan hərbi kampaniyanı sərhəd hadisəsi adlandırmaq ən doğru ifadədir.Belə ki, bunun beynəlxalq hüquqla tənzimlənən présedent qaydası var.Məsələn, “Sərhəd hadisəsi” (sərhəd atışması) termini Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən hələ 1986-cı ildə “Nikaraqua ABŞ-a qarşı” işində təcavüzdən ayıraraq istifadə edilmişdir. Yəni sərhəd hadisəsi baş verərsə, Təhlükəsizlik Şurasının müdaxiləsi mümkün deyil.İndi əsas məsələ budur ki, iki dövlət arasında tanınma ilə bağlı müqavilə olmadığından sərhəd xətti yoxdur.Yəni Beynəlxalq Ədalət Məhkəməsi ilə Azərbaycanı hədələyən tərəf başa düşməlidir ki, Məhkəmə bu cür naməlum məsələlərə görə qərar verməkdən imtina edir.Bir sözlə, apardığımız əməliyyatlar bizim əleyhimizə dünyada heç bir hüquqi məsuliyyət doğurmur.Əsas arqument budur ki, sərhəd yoxdur və BMT -yə daxil olanda ərazi vahidi BMT reyestrinə qəbul edilməyib.Yoxsa elə Qarabağ məsələsində biz bunu çoxdan edərdik.Qeyd: Bu qısa şərh hibrid müharibədə düşmən cəbhəsinin arqumentini cəmiyyətimizə adaptasiya edənlər üçün nəzərdə tutulur.

Əziz Əlibəyli