II Qarabağ müharibəsindəki ağır məğlubiyyətə baxmayaraq Ermənistan hərbi-siyasi hakimiyyəti təxribatlarından əl çəkmir. Biz bunu son günlərdə yenidən görməkdəyik. Xüsusilə, demək olar ki, hər gün Kəlbəcər və Laçın istiqamətində ordumuzun mövqeləri atəşə tutulur. Elə isə III Qarabağ müharibəsi gözlənilirmi?


Bu haqda, etüddə olan polkovnik Şair Ramaldanovun fikirlərini öyrəndik. O bildirdi ki, I Qarabağ müharibəsindən bu yana savaş davam edir: ” Bunun əsas səbəbi qarşı tərəfin dövlət sərhədlərimizi pozması, uzun müddət torpaqlarıımızı işğal altında saxlaması və indiyədək tərəflər arasında sülh müqaviləsinin imzalanmamasıdır. Deməli, biz hələ də müharibə şəraitindəyik. Sadəcə I Qarabağ müharibəsi və II Qarabağ müharibəsi ona görə deyirik ki, I Qarabağ müharibəsində atəşkəs elan edilmişdi və saziş bağlanmışdı, II Qarabağ müharibəsi zamanı isə Azərbaycan ordusu işğalçı qüvvələri darmadağın edib ərazi bütövlüyümüzü bərpa etdi. II Qarabağ müharisindən 2 il keçməsinə baxmayaraq indiyə qədər nə sülh müqaviləsi bağlanıb, nə də düşmən dövlətlə sərhədlər müəyyənləşib”. Hərbi ekspert bunun səbəblərinidə izah etdi: “Çünki sərhədlər hüquqi cəhətdən demilitasiya,demarkasiya olduğdan sonra beynəlxalq normalar çərçivəsində qəbul edilə bilər. Ona görə də biz müharibəni davam edirik, sadəcə müharibə aktiv fazada getmir.

II Qarabağ müharisindən sonra olduğu kimi, indi də atəşkəs müntəzəm olaraq pozulur. Əgər I Qarabağ müharibəsindən sonra düşmən “Bişkek” bəyənnaməsinin şərtlərinə əməl etmirdisə, hazırda 2020-ci il 10 noyabr tarixli sazişin tələbləri yerinə yetirilmir”. Şair Ramaldanov bildirdi ki, döyüşlər bundan sonra da davam edə bilər: “ Ona görə ki, bu gün Ermənistanın tutduğu mövqe konstruktiv deyil. Revanşist qüvvələri və Ermənistanın hərbi-siyasi rəhbərliyinin tutduğu mövqe bizə qonşuluq siyasəti yox, gərginliyin yenə də arta biləcəyi haqqında siqnallar verir. Düşünürəmki, Ermənistan danışıqlar yolu ilə sülh müqaviləsi bağlamaq istəməsə və Azərbaycanın ərazi bütövlüyünü tanımasa, o zaman Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanımayacaq. Bu təxribatlar davamlı olarsa, Azərbaycanın ixtiyarı var ki, əməliyyat keçirərək qarşı tərəfi sülhə məcbur etsin və sülh müqaviləsi bağlansın. Digər tərəfdən, beynəlxalq normalar çərçivəsində Ermənistandan Azərbaycana və sərhəddə yaşayan dinc əhaliyə təhlükə yaranarsa, biz həmin təhdidi neytrallaşdıra bilərik”. Polkovnik sentyabır 12-də düşmənin başlatdığı genişmiqyaslı təxribatları da xatırlatdı: “Sentyabrın 12-dən 13-ə keçən gecə Ermənistanın Kəlbəcər istiqamətində əməliyyatlarının qarşısı alınarkən o istiqamətdə bəzi yüksəkliklər ələ keçirildi və biz mövqelərimizi daha da yaxşılaşdırdıq. Ona görə də Azərbaycanın hüquqi cəhətdən bu addımı da atmağa imkanı var. Düşünürəm ki, bunların hamsı Ermənistanın mövqeyindən asılı oldu. Biz yenə də görsək ki, Ermənistan tərəfi təxribatlara əl atır, o zaman növbəti dəfə “ Dəmir yumruğ”umuzu işə sala bilərik”.

Gülşad İbrahimova, BDU Jurnalistika fakültəsinin tələbəsi