Erməni dövlətinin qurulması qərarı verilərkən ermənilərin fərqli-fərqli platformalarda ruslar, fransızlar və anqlosakslar qarşısında bir öhdəliyi, konkret missiyası olub. Öhdəlikdən, missiyadan imtinanın bədəli isə ölümdür, yox edilməkdir. Yəni “siz bizə dövlət qurun verin, biz sizin maraqlarınız üçün nə desəniz edəcəyik” şəklində bir missiya düşünün. Əslində çoxlarına aydın olan bu missiya nədir bir daha açıqlamaqda fayda görürəm: Türk Dünyasını coğrafi olaraq bölmək, mövcud olduqları müddətcə əbədi yanan gərginlik ocağına çevrilmək, yerli xalqlar arasında nifaq salmaq, soyqırımlar etmək, öldürmək, yandırmaq, viran qoymaq və heç vaxt da bu işi dayandırmamaq. Bundan ötrü beynəlxalq səviyyədə istənilən miqyasda mədəni, ictimai, iqtisadi-maliyyə, hərbi-siyasi dəstək almaq. İşdi birdən çaşıb Türk Dünyası ilə barış, sülh, birgəyaşayış haqda düşünərsiz – o zaman sizi fərsiz elan edib, özümüzün düzüb-qoşduğumuz “ermənilik” və “Ermənistan” adlı mifi elə özümüz dağıdacağıq – məsələnin kökü budur. Elə bunun səbəbidir ki, nəsillər dəyişsə də, ermənilər hər dövrdə özlərindən sonra gələn generasiyaların qulaqlarına bu missiyanın hər bir detalını xüsusi incəliklə pıçıldayır, beyinlərdə və qəlblərdə TÜRK QÖVMÜNƏ PATOLOJİ NİFRƏT TOXUMU SƏPİRLƏR. Ermənilərin eyni vaxtda müxtəlif qucaqlarda oturub daim arapozanlıq salması bununla əlaqədardır. Bir “oyuncaq dövlət” qarşılığında üzərlərinə düşən regional, hətta qlobal missiya bundan ibarətdir. Adamın üstündə uca Şivrin var, ədalət naminə danışsaq, gərək etiraf edək ki, bu günə qədər üzərlərinə düşən bu həyasız missiyanın öhdəsindən gələ biliblər. Sülh, barış, birgəyaşayış anlayışını və gerçəyini hər nə qədər arzulasaq da, bu ermənilər yüz il əvvəl havadarlarının onlar üçün yazdığı bu siyasi dəsti-xətti pozmayacaqlar, yaxud poza bilmirlər. Hətta hər şeyi onlardan ötrü güllü-gülüstan eləsək belə, bu iş alınan deyil, ona görə yox ki, ermənilər sülh, barış içində birgəyaşayış şəraitində mövcud olmaq istəmirlər, xeyr (aralarında bunu istəyənlər əlbəttə var), sadə bir səbəbə görə bu iş alına bilmir, çünki erməniləri bu Coğrafiyada var edən səbəblər, talelərinə zorla yazdırılan işin sahibləri dünya siyasi sistemini müəyyənləşdirən dövlətlərdir. O dövlətlər ki, yüz illər boyu xaç yürüşlərini burunlarından gətirən, üç qitəyə hökm edən, İstanbulu əllərindən alan, Vyana qapılarına dayanan, bir sözlə, atalarına od qoyan Türk qövmünü sevmirlər, istəmirlər!Qarabağda erməniliyin darmadağın edilərək bitirilməsi, təkcə burada erməniliyin bitməsi demək deyil, bu, eyni zamanda Türk Dünyasının bağrında əbədi yara açmaq kimi səciyyələndirdiyimiz xain regional və qlobal missiyanı da taixin arxivinə göməcək. O günə çox qalmayıb. Beynəlxalq güc mərkəzləri bunun fərqində olduqları üçün, indi nə onlara, nə də erməniliyə zərrə aidiyyatı olmayan Laçın yolu, Xankəndi və hazırda müvəqqəti yuridik nəzarətimizdən kənarda qalan digər yaşayış məntəqələri ilə bağlı bir sürü cəfəngiyyatların əks olunduğu sənədlər, qətnamələrlə üstümüzə gəlməkdədirlər. Ermənilər bu prosesdə yenə adətləri üzrə cinayət aləti kimi iştirak edirlər. Havadarlarına cinayət aləti olmaq missiyası onlara yoxdan bir dövlət qazandırıb, ona görə canla-başla ağalarının qulluğundadırlar. Olay budur. Qalib Azərbaycan dövləti, xalqı, bütöv ictimaiyyət bu faktı gözardı etməməli və atılan addımlar, verilən açıqlamalar, bəyanatlarda bu xüsusat mütləq nəzərə alınmalıdır.Elə buna görə də, biz bütün mümkün plarformalarda hökumətə, ölkəni idarə edən insanlara çağırış edirik ki, nə qədər gec deyil, ölkəmizi zərərli və ziyanlı, bizi bəynəlxalq təzyiqlər qarşısında əzik duruma salan indiki idarəetmə sistemindən imtina etməliyik. Əvəzində mürrəkkəb, lakin daha dəqiq səlahiyyət və məsuliyyət bölgüsünün aparıldığı effektiv idarəetmə sistemini qurmalıyıq ki, Respublikamız indikindən qat-qat güclü olsun. Müxalifətin və cəmiyyətin dövlət idarəçiliyində iştirakçılıq payı artırılmalıdır ki, bizi qarşıda gözləyən daha qlobal toqquşmalardan başıdik və az zərərlə çıxmaq fürsətləri və imkanları olsun.

Rəşad Bakuvi

Azərbaycan Yüksəliş Partiyası Başqanının siyasi işlər üzrə müavini