ABŞ Dövlət Katibi Entoni Blinkenin Pekinə səfər edəcək. S əfər çərçivəsində katibin ÇXR sədri Si Cin Pin ilə görüşü nəzərdə tutulub.
Çinə səfərində və uzun müddətdən sonra ilk dəfə ÇXR sədri ilə görüşündə məqsəd nədir? İkinci suala ehtiyac yoxdur. Görüş Ukraynadakı müharibəyə necə təsir edər? Ola bilərmi ki, ABŞ Rusiya və İrandan sonra növbəti rəqibi Çinlə bağlı haqq hesabı çürütmək istəyir?
Mövzu ilə bağlı siyasi ekspert Samir Hümbətovun fikirlərini öyrəndik.
Samir Hümbətov ABŞ və Çin arasında bəzi məsələlərdə ciddi gərginliklərin mövcud olduğunu bildirib: “ Xüsusilədə Tayvan ətrafında baş verən proseslər narazılıq doğuran məsələlərdir. Cənub Çin dəhlizində gərginlik getdikcə artmaq üzrədir. Son zamanlar Yaponiyanın öz ordusunu yenidən moderzasiya etməsilə bağlı məsələlər də gündəmdədir. Bir müddət öncə Yaponiya höküməti orduya növbəti 5 il üçün 320 milyard dollar həcmində əlavə vəsaitin ayrılmasılə bağlı qərar qəbul etdi. Çin dövləti bununla bağlı ciddi narazılıq və narahatlığını bildirmişdir. Təkcə Çin və Tayvan arasında deyil eyni zamanda Koreya yarımadasında da vəziyyət gərgindir. Cənubi Koreya və Yaponiya Asiyada ABŞ-la əsas müttəfiq hesab edilir. Cənub Çin Dənizindəki baş verən proseslər, Çinin burada suni adalar yaratmaq istəyi və.s məsələlər diqqət mərkəzindədir. Bu proseslər ABŞ ürəyincə deyil. Ona görə də hesab edirəm ki, ABŞ yeni bir Asiya Natosu yaratmaqla bağlı fikirləri var. Bu isə Çin tərəfindən xoş qarşılanmır. Eyni zamanda Çinin İrana böyük miqdarda yatırımı var və buna görədə Çinə müdaxilə etmə məsələsidə gündəmdədir. Entoni Blenkinin Çin prezidenti ilə görüşündə əsas məqsəd ABŞ, Asiya sakit okeanındakı maraqlarıyla bağlıdır. Nəzərə almalıyıq ki, Çinin yerləşdiyi regionda Amerikanın maraqları var. Amerika bu günləri Yaponiya və Cənubi Koreya üzərindən özünün varlığını Şərqi Asiyada formalaşdırmağa başlayıb. Eyni zamanda Asiya və Sakit okean hövzəsindən də bu prosesi davam etdirir. Amerikanin son dönəmlər Tayvanla bağlı atdığı addımlar və Amerikanın Tayvana ayırdığı 12 milyard dollarlıq hərbi yardımı da Çini narahat edən məsələdir. ABŞ bundan çəkinmir əksinə açıq şəkildə dəstəyini bildirir.Entoni Blenkinin ÇXR sədrilə görüşündə əsas müzakirə olunacaq məsələlər bunlardir. Təbii ki, ikili ticarət əlaqələridə müzakirə oluna bilər”.


S. Hümbətov bildirib ki, Ukrayna Rusiya müharibəsinədə təsir edə bilər: “ Çin Rusiyaya bu müharibədə dəstək vermədi. Bu ABŞ və Çin arasında gizli razılaşmadan da doğan bir hadisə ola bilər. Çinin kifayət qədər Ukraynada sərmayəsi var. Həm də Çin tərəflər arasında yeni bir gərginlik ocağının yaranmasını istəmir. Təkcə ABŞ deyil Qərb ölkələrilədə gərginliyi artırmaq istəmir. Ona görə də Ukrayna məsələsində səssizliyi qoruyacaq və Rusiyaya dəstəkdən çəkinəcək. ABŞ-ın əsas tələbi də bundan ibarət olacaq ki, Çin Rusiyaya tətbiq olunan sanksiyalardan boyun qaçırmasın. Çinin isə buna riayət edib-etməməsi növbeti proseslerdə bəlli olacaq”.
Ekspert bunu da qeyd edib ki, İran və Rusiya qısa bir vaxtda bitən bir məsələ deyil: “Ümumiyyətlə ötən ilin iyun ayında Madrid də keçirilən NATO samitində Rusiya NATO qarşı təhdid, Çin isə narahat edici məsələ kimi dəyərləndirmişdi. Bəzi araşdırmalar onu göstərir ki, növbəti illərdə ABŞ Tayvan üzərindən Çinə basqın edib, böyük müharibə çıxartmaq istəyə bilər. Amma bunun nə dərəcədə real olmağı proseslerin gedişindən asılıdır. Beynəlxaq münasibətlər sistemində çəkindirmə və tarazlama deyə bir anlayış var. Dünyanın iki qütblü olması vacibdir. Bir qütblü olanda proseslər daha ağır mənzərəyə yönəlir. Bu baxımdan beynəlxalq təhlükəsizlik sistemi onun tam şəkildə aradan çıxmasına imkan verməyəcək. Rusiya aradan çıxsa belə Çinin sıradan çıxmasına imkan verməyəcək. Çini bir rəqib kimi saxlayacaq və iki ayrı qütblərdə gedən mübarizə kimi qiymətləndirmək olar”.
Şahanə Tağızadə, BDU jurnalistika fakültəsinin tələbəsi