Azərbaycan Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaya rəhbər təyin edib. Ermənistanın təxribatı nəticəsində sərhəddə baş verən son döyüşlərdən sonra Bakının bu gedişinin birdən çox məqsədi var:

– beynəlxalq oyunçulara hərbi eskalasiyada yox, sərhədin müəyyən edilməsində maraqlı olduğunu göstərir;

– danışıqların yeni raundunda delimitasiya tələbini ön plana çıxarmağa hazırlaşır;

– delimitasiyanı (xəritələr üzərində) birtərəfli qaydada müəyyən edərək, növbəti görüşdə gündəliyə daxil edə bilər;

ABŞ və Rusiya yeni görüşün keçirilməsi istiqamətində çalışır. Növbəti görüşün kimin tərəfindən təşkil edilməsindən asılı olmayaraq, rəsmi Bakı sərhəd məsələsini aktullaşdıracaq. Bu, Laçın dəhlizinin Ermənistan sərhədinin başlanğıcında nəzarət-keçid məntəqəsinin qurulması baxımından da vacibdir.

Asif Nərimanlı, siyasi şərhçi

????????????????????????????????????