3 kritik vəziyyət:
1. Fransa niyə belə edir?
Bilənlər bilir ki, 44 günlük müharibədən sonra Cənubi Qafqazda yeni nizam formalaşmağa başladı. Daha doğrusu, Azərbaycan işğaləsaslı 30 illik düzəni dağıtdı. Yeni nizamda Rusiya -Türkiyə, Avropadan isə İngiltərə – italiya ön plana çıxdı.
İran və Fransa yeni nizamda (xüsusilə Paris) “pay”ını ala bilmədi. Hazırda aparılan mübarizə də Fransanın “sümük” davasıdır.
2. Bu gün Qabonda dövlət çevrilişi oldu və Nigerdən sonra daha bir dövləti itirən Fransanın paytaxt meri əxlaqdankənar bir formada Azərbaycanın suveren ərazisinə soxulmağa çalışır. Lakin sözügdən karvan rus SMK-ni keçib, Qarabağa daxil ola bilərmi?
Mümkün görünmür, bu, Rusiyanın Qafqazda nüfuzunun və gücünün kəskin itkisi ilə yanaşı AR Parlamenti tərəfindən Rus SMK-nın qeyri-leqal elan edilməsinə, bir sözlə, Fransanın bizi deyil, Rusiyanı yenməsi demək olacaq.
3. Zakir Həsənov Türkiyədə səfərdədir və nə Türkiyədən, nə də İngiltərədən, eləcə də Rusiyadan – yəni bizim aid olduğumuz cəbhədən səs -səmir çıxmır.
Çünki əldə daş kimi Şuşa Bəyannaməsi var və lazımı anda Türkiyə dərhal müdaxilə edəcək gücə sahibdir.
Nəticə: Paris meri və yanındakılar, bu prosesdən şirə tutmağa çalışanlar, Spaykaların kölkəsində, Parisdəki işini -gücünü buraxıb, lap 365 gün qalsalar belə, xeyri yoxdur. Məğlubiyyətə düçar olacaqlar.