#Azərbaycanın tezliklə #Xankəndi və Ermənistanla bağlı addım atacağı mümkün görünür. Ermənilərin anti -sülh addımlarına cavab kimi Azərbaycanın hərbi hücumunun alqoritmi kifayət qədər aydın notlara köçür. Məsələn, qısaca baş verənlərə Rusiya, İsrail, İran və Türkiyə kontekstində baxsaq, fərqli mənalar çıxa bilər.

Sentyabrın 9-da Qondarma “Qarabağın Milli Assambleyası yeni prezidenti” seçməlidir, çünki 2020-ci ildə seçilmiş “prezident” Araik Arutyunyan istefa verib. Azərbaycan Qarabağın “dövlət qurumlarının”: Prezident Administrasiyasının, Milli Assambleyanın ləğvini tələb edir.

Azərbaycanın separatçı parlamentin yeni prezidenti seçməsinə mane olmaq üçün separatçı ” #Artsax“-a qarşı #hərbi hücuma keçməsi və bununla da Dağlıq Qarabağda dövlət sisteminin dağılmasına başlaması ehtimalı var.

İstisna deyil ki, #Ermənistan-Azərbaycan sərhəddi və Qarabağ zonasında qoşun və hərbi texnikanın toplanmasına paralel olaraq, Azərbaycan artıq Qarabağ ermənilərinə belə tələblər irəli sürüb.

Və Azərbaycan neçə vaxtdır ki, haqlı mövqeyini, ədalətli olduğuna dair mövqeyini #ABŞ, #Avropa İttifaqı və digər ölkələrin diplomatlarına təqdim edib.

Ola biləcək mümkün müharibənin tezisləri belə ola bilər:

Azərbaycan bəyan edir ki, Ermənistanın Qarabağda 10 min əsgərdən ibarət hərbi dəstələri var. #Bakı tələb edir ki,10 noyabr 2020-ci il tarixli bəyanatla Ermənistan Dağlıq Qarabağı tərksilah etmək öhdəliyi götürüb.

İrəvan isə iddia ki #Ermənistan Müdafiə Nazirliyinin tabeliyində silahlı qüvvələr yoxdur.

Azərbaycan Ermənistandan Qarabağa verilən hərbi maliyyə yardımını əsas gətirir, Ermənistan isə iddia edir ki, bu, dövlətlərarası kreditdir. , #İrəvan qanunsuz silahlı qrupları maliyyələşdirir. Və güya “2020-ci il müharibəsi nəticəsində Qarabağın ərazilərinin və yaşayış məntəqələrinin işğalı nəticəsində on minlərlə insan evlərindən məhrum edilib. Ermənistan onları mənzillə təmin etmək və ağır sosial vəziyyətdən çıxmaq üçün bu pulu Dağlıq Qarabağa ayırır”.

Axı yerli ermənilərdən ibarət “Dağlıq Qarabağ Müdafiə Ordusu” da var. Güya bu, dəstə ona görə mövcud imiş ki, ” Azərbaycan müharibəyə və ermənilərin #soyqırımına hazırlaşır. Yəni Müdafiə Ordusu olmasa, Azərbaycan üç saat ərzində 120 min ermənini öldürüb deportasiya edəcək”.

Maraqlıdır, nə üçün Xankəndi meydanında “acıdan ölən ” 120 min erməninin mitinq etdiyini kimsə görmədi.

Azərbaycan ermənilərin hüquqları və təhlükəsizlik məsələləri ilə bağlı daxili suverenlik haqqı ilə yanaşaraq yerli ermənilərlə öz vətəndaşlarına şamil etdiyi hüquqları tanıyır. Lakin Ermənistan və Qarabağ separatçıları “beynəlxalq mexanizm vasitəsilə #Stepanakert ilə danışıqlar aparmaqdan və təhlükəsizlik təminatları” verməkdən bəhs edir.

Azərbaycan müharibəyə başlamaq istəmir. Hüquq və danışıq, inteqrasiya təklif edir. Amma ermənilər danışmaq şansından terror məqsədi kimi istifadə edir və nəticədə ultimatumla üzbəüz qalır.

Təbiidir ki, arxasında dünya erməni gücünü hiss edən #Xankəndi inteqrasiya planı ilə razılaşmayacaq.

Bakı bəyan edir ki, Xankəndi separatçılari onun konstruktiv təkliflərini qəbul etmir, ona görə də Azərbaycan bölgə üzərində Azərbaycanın nəzarətini bərqərar etmək üçün hərbi əməliyyata başlamağa məcburdur. Müharibədən əvvəl Azərbaycan da bildirir ki, Ermənistan tərəfinin Qarabağda ağır hərbi texnikası var və mina qoymağa davam edir, minalanmış ərazilərin dəqiq xəritələrini təqdim etmir, kütləvi məzarlıq yerlərini açıqlamır.

Bəs Azərbaycanın sərt mövqeyi Xankəndi separatçılarının seçki keçirməsinə mane olacaqmı?

Bu suallara böyük ehtimalla artıq Azərbaycan ordusu cavab verməli olacaq kimi görünür.

Ermənistan iddia edir ki, “Azərbaycan seçkilərin keçirilməsinə mane olarsa, Bakının danışıqlar aparmalı olduğu Qarabağın seçilmiş prezidenti və onun nümayəndələri olmayacaq. Əgər Bakını hərbi terrordan və ritorikadan əl çəkməli, Stepanakertlə görüşməli olduğuna inandırmaq mümkün olsa, #Əliyev indiki vaxtda hərbi hücuma keçməyəcək”.

Məlumdur ki, Əliyev bölgəsindəki separatçı ilə danışıqlar masasına əyləşib, müzakirə aparacaq deyil, onu yalnız bölgədəki sadə erməni vətəndaşının taleyi düşündürür.

Digər sual:

Rusiyanın potensial müharibə olacağı təqdirdə mövqeyi necə olacaq?

Cavab: son günlər Peskov və Zaxarovanin çıxışlarına baxmaq və Ermənistana Amerika əsgərini gətirmək addımlarından sonra nəticə məlumdur.

Rusiyanın #Cənubi Qafqazda mövqeləri zəifləyir. Aylar əvvəl #Ərdoğan bəyan etmişdi ki, Rusiya sülhməramlıları 2025-ci ildə Dağlıq Qarabağı tərk etməlidir. Amma indi bölgədə işləməlidir və lazımdır. Kim bilir bəlkə ölməyib, sağ qalsa, bir gün separatçı rejim Ermənistana qarşı da müharibə elan edə bilər.

Rusiyanın hesablaması belədir ki, müharibəyə görə erməni tərəfi zəifləyəcək və kömək üçün #Moskvaya üz tutacaq. Diplomatik mənbələr deyir ki, Rusiya Ermənistan-Azərbaycan sərhədinin demarkasiya işləri ilə paralel olaraq bütün sərhəd boyu öz qoşunlarının olmasını istəyirdi.

Lakin Ermənistan tərəfi əvvəllər təkidlə bildirib ki, qoşunlar Ermənistan-Azərbaycan sərhədindən çıxarılmalı və sərhədçilər yerləşdirilməlidir. İndi Rusiya istərdi ki, Ermənistanın suveren ərazilərini nəzarətə alsın, Ermənistan isə buna deyir ki, işğal edilirik. Hansısa toqquşma ola bilər ki, Rusiya üçün Ermənistan-Azərbaycan sərhədinə qoşun yeritməyə fürsət olsun.

Paşinyana yaxın şəxslər deyirlər ki, Azərbaycan Sünik ərazisinə yönəlirsə, deməli koridor üçün gəlir və bu, Rusiyanın da işinə yarayır. Maraqlıdır, Əliyev dəfələrlə çıxışında bildirib ki, Paşinyan hələ 2020 noyabrında dəhlizlə bağlı öhdəlik götürmüşdü və ondan qaçdı. Deməli, Azərbaycan koridor almaq iradəsini Nikolun götürdüyü öhdəliklərə əsasən əsaslandıra bilər.

PREZİDENT İlham Əliyev bu yaxınlarda Aİİ-nin iclasında dedi ki, Rusiya Azərbaycanın (Zəngəzur dəhlizi) ideyasını dəstəkləyir. Rusiya Azərbaycan-Naxçıvan-Türkiyə yol marşrutuna nəzarəti də özü istəməklə dəstəkləyir.

Rusiyanın Ermənistana qarşı hərbi planlarının bir qismində isə bu var: 2022-ci ilin oktyabrından başlayaraq Aİ müşahidə missiyasının Ermənistanda yerləşdirilməsi Rusiyada böyük narazılıq yaradıb.

Ermənistan Moskvanın təklifini rədd etdi və #KTMT müşahidəçilərini yerləşdirməkdən imtina etdi. Yeri gəlmişkən, 9 noyabr 2020-ci il tarixli elanın ilkin variantında Azərbaycan-Naxçıvan-Türkiyə dəhlizinin təhlükəsizliyini təmin etmək üçün Rusiya sülhməramlılarının Sünikdə, Mehri sektorunda yerləşdirilməli olduğu bildirilirdi.

Rusiyanın təklifi idi, lakin Ermənistanın tələbi ilə rus sülhməramlılarının yerləşdirilməsi ilə bağlı bənd çıxarıldı, ona görə də ruslar Sünikdə yerləşdirilmədi.

Bu günlərdə Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdıqdan sonra Qarabağda yerləşdirilən Rusiya sülhməramlılarının statusu dəyişib. Bu səbəbdən Rusiya #Laçın Dəhlizinin bağlanmasında Ermənistanı günahlandırır.

Amma maraqlı bir məqam da var: 2020-ci il noyabrın 9-dan sonra Vladimir Putin Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdı və orada Rusiya sülhməramlıları yerləşdirildi.

Ermənistan Lavrov planından da narazıdır çünki Qarabağda Rusiya sülhməramlıları və ya hər hansı digər təhlükəsizlik mexanizmindən bəhs edilmir.

Rusiya sülhməramlılarının yeni statusu nə olacaq?

Məncə, bu status 2025-ci ildə tamamilə fərqli səciyyəvi xarakter alacaq.

Amma Ermənistan unutmamalıdır ki, pislədiyi Rusiya separatçıların varlığını qorumaq üçün bir çoxuna da Rusiya pasportu payladı.