Azərbaycan və Ermənistan arasında yenidən gərginlik Rusiyanın Ukraynaya hücum etməsi fonunda, ABŞ-ın İrəvana yaxınlaşması regionda böyük geosiyasi dəyişikliklərdən xəbər verir.
Qısaca bölüşüm ki, dünənki gecə Ermənistanda çox pis keçib.
İddia edilir ki, Ermənistanda “Vaqner” terror təşkilatının 3000 üzvü var, onlardan 2000-i əsasən etnik ermənilərdir və onların missiyası Ermənistanda dövlət çevrilişi həyata keçirməkdir. Bildirir ki, bəzi vaqnerlər artıq Milli Təhlükəsizlik Xidməti tərəfindən həbs edilib. Təbii ki, bu son xəbər bir az ağlasığmazdır, çünki ölkənin Milli Təhlükəsizlik Xidmətinin göbək bağı Moskva ilə bağlıdır.
Ssenari və tablo çox maraqlıdır: baş rollarda Putin və Paşinyanın olduğu ikigünlük söz qarşıdurması yeni detallarla əvəz edilməkdədir. Rusiya keçmiş müttəfiqini aşkar xəyanətdə ittiham edir, İrəvan isə Moskvanı onun “üzünə baxmamaqda” günahlandırır.
Təkcə, bununla da qalmır, İrəvan faktiki olaraq Ruisyanın oynadığı təhlükəsizlik rolunu bölüşdürmək istəyir və bəzi kiçik (hələ ki) addımlar atır, məsələn, bölgəyə #Aİ müşahidəçilərini gətirir. Təsəvvür edin, Qərbə qarşı son dərəcə pis mövqedə olan #İran Avropa İttifaqı müşahidəçilərinin Ermənistana daxil olmasına mane olmadı, erməni-amerikan sülhməramlı təlimlərini pisləmədi.
Amma daha sonra vitrində İranla bağlı rənglər dəyişəcək.
Anladıq ki, İran artıq hesab edir ki, Ermənistanın suverenliyini və təhlükəsizliyini hətta Qərbin köməyi ilə də gücləndirmək maraqlarına uyğundur. Güya Ermənistan nə qədər güclü və təhlükəsiz olarsa, İranın Şimal sərhədi və #Sunik bir o qədər qorunacaq. Yəni İranın və Qərbin maraqları Ermənistanın hazırkı oyunçu dəyişdirmə planları ilə üst-üstə düşür.
Amma dünən Putinin çıxışını hamı dinləyərək belə bir nəticə çıxarmış olmalıdır ki, Rusiya hələ də belə stereotip saxlayır ki, Ermənistan onundur və izinsiz davrana bilməz.
Ermənistan liderləri milli təhlükəsizlik toxunulmazlıqlarını Rusiyaya bağışlayıblar.
Ermənistan #KTMT-yə, #Aİİ-yə qoşulub və öz ərazisində Rusiya hərbi bazasını yerləşdirib, lakin bu, Ermənistanın təhlükəsizlik səviyyəsinin artmasına səbəb olub. Ta ki, Nikol Paşinyan Qarabağda müharibəni uduzub Rusiyanı ittiham edənə qədər.
Digər tabloda İran Ermənistanla Azərbaycan arasında münaqişəni qızışdırır, İrəvana silah və dəstək verir.
İran Cənubi Qafqaz regionunda münaqişənin yeni mərhələsini fəal şəkildə gücləndirir. Aİ və ABŞ-ın himayəsi altında Azərbaycan və Ermənistan arasında barışıq səyləri fonunda İran son həftələr Ermənistanda revanşist əhval-ruhiyyəni qızışdırmaq üçün hər cür səy göstərir və Hindistandan silah almağa vasitəçilik edərək, hərbi dəstək nümayiş etdirir.
Məhz belə bir gündəmdə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyana zəng edərək, Ermənistan və ABŞ arasında keçirilən hərbi təlimlərə toxunaraq regionda hər hansı xarici qüvvələrin mövcudluğunu regionda vəziyyəti çətinləşdirən amil kimi qiymətləndirir. Xarici işlər naziri regional dialoqlar və mexanizmlər, o cümlədən “3+3” formatı vasitəsilə hərtərəfli sülhə nail olmağın ən səmərəli yol olduğunu vurğulayıb.
Digər pəncərədə isə məlum olur ki, sürgündə olan şahzadəsi Rza Pəhləvi İran-ABŞ əsir mübadiləsi razılaşmasını tənqid edib.
Pəhləvi Amerikanın hazırkı administrasiyasına xəbərdarlıq edib və xəbərdarlıq edib ki, İran xalqı ən çətin anlarında onlardan üz döndərənləri və zalımların yanında olanları unutmayacaq.
O, bəyanatını İran əhalisinə müqavimət mesajı ilə yekunlaşdıraraq, onları mübarizəni davam etdirməyə çağırıb: “Mənim həmvətənlərim, ürəyinizdə ümid alovunu bəsləyin. İslam Respublikası süquta uğrayacaq, çünki siz, böyük İran xalqı qarşısında durursunuz”.
Məlumata görə, razılaşma İranın dondurulmamış 6 milyard dollarlıq vəsaitinin Cənubi Koreyadan Qətərdəki banklara köçürüləcəyi ilə bağlı fərziyyələr fonunda baş verib ki, bu da hər iki tərəfdən həbsdə olan girovların azad edilməsinə səbəb ola biləcəkmiş.
Açığı düşmən kimi görünən ABŞ İran prezidentinin Nyu-Yorka səfəri ərəfəsində müsbət mesaj verir ki, nəsə əldə edə bilsin.
Yeri gəlmişkən, ABŞ dövlət katibi Antoni Blinken Con Hopkins Universitetinin Qabaqcıl Beynəlxalq Araşdırmalar Məktəbində çıxışı zamanı deyib ki, “ABŞ ilə Rusiya və Çin arasında artan geosiyasi rəqabət “soyuq müharibə”dən sonra yaranmış dünya nizamının sona çatmasından xəbər verir”. O, bu gün dünyada baş verənləri dönüş nöqtəsi adlandırıb. “Bir dövr başa çatır, digəri başlayır” -deyə Blinken qeyd edib.
Blinkenin dediklərinin üzərinə regional kontekstə bir də Qafqazdan baxaq:
Bu gün ABŞ hesablayır ki, Rusiyanın Qafqazda olması, Türkiyənin güclənməsi, sərhəd dəyişikliyinə qarşı xəbərdarlıq edən İranın potensial iştirakı ilə yeni qarşıdurma deməkdir. Çünki İranın Ermənistanla şimal sərhədi, Avropaya xətti var. Bölgədə Aİ və ABŞ-ın, İran daxil addımları potensial Türkiyə-İran qarşıdurması yarada və Yaxın Şərqdə və onun hüdudlarından kənarda idarəolunmaz sabitliyin pozulması ilə nəticələnə bilər ki, bu da nə Rusiyanın, nə də ABŞ-ın istəmədiyi bir şeydir.
ABŞ-ın Qafqaza son müdaxiləsi 1919 -cu ildə baş verib. Soyuq Müharibədən sonra ilk dəfədir ki, hazırda regionda Rusiyadan başqa bir ölkə ön plana çıxmaqdadır.
Vaşinqton genişmiqyaslı formada guya Ermənistan işğal edilir, qarşısını alma tezisi ilə nail olacağı qazancları hesablamaqdadır. Yoxsa niyə, sentyabr döyüşlərində ABŞ səfiri də Lynne Treysi öz səfirliyinin icazə verməməsinə baxmayaraq, təhlükəsizliyini riskə ataraq Ermənistanın ən cənub bölgəsi olan Sünikə getdi. Azərbaycanın Ermənistana təcavüzü adı altdına regiona soxulan ABŞ əslində Ermənistanı _ bölgənin ən zəif bəndini Rusiyadan qoparmağa çalışır.
Qayıdaq İran ssenarisinə:
İranın xarici işlər naziri birdən-birə dünən erməni həmkarına zəng edərkən hərtərəfli regional sülhə nail olmaq üçün ən təsirli vasitə kimi Ermənistan, Azərbaycan, Gürcüstan, Rusiya, Türkiyə və İranı birləşdirən 3+3 formatı kimi regional danışıqlara və mexanizmlərə müraciət etməyi doğru hesab etdiyini açıqladı.
Azərbaycanın Qarabağ Zəfərindən sonra Türkiyə Prezidenti Ərdoğanın Prezident İlham Əliyevlə birgə hazırladıqları Cənubi Qafqazın üç ölkəsi,Türkiyə, Rusiya və İrandan ibarət altılıq, yaxud da “3+3” əməkdaşlıq platforması gündəmə gəldi.
Statistika: Hesablamalara görə “3+3” formatında olan ölkələrin ümumi iqtisadiyyatı 3 trilyon dollara yaxındır ki, bu da ABŞ, Çin, Yaponiya və Almaniyadan sonra dünyanın 5-ci ən böyük iqtisadiyyatı deməkdir. Bu yeni format 331 milyon nəfər əhalisi ilə dünyada 3-cü, ərazisinə görə isə birincidir. Bu miqyas onu göstərir ki, bu formata daxil olan ölkələr arasında qarşılıqlı sərmayə qoyuluşu, sənaye, aqrar və xidmət sektorunda əməkdaşlıq imkanları çox genişdir.
Hətta 3+3” formatı “Zəngəzur dəhlizi” də daxil olmaqla nəqliyyat arxitekturasını dəyişmək gücündədir: Xüsusən də Azərbaycanın su, hava, avtomobil və dəmiryolu nəqliyyat infrastrukturu altılıq ölkələrinin inteqrasiyasında mərkəzi mövqeyə malik ola bilər. Rusiya İranla Azərbaycandan keçən Şimal-Cənub, İran isə Gürcüstanla Azərbaycandan keçən Cənub-Qərb marşrutu ilə bağlana bilir. Türkiyə bu dəhliz vasitəsi ilə Azərbaycan, Rusiya və İranla əlaqələrini daha da genişləndirə bilər. 2021-ci ilin dekabr ayının 10-da Rusiyanın paytaxtı Moskvada Cənubi Qafqaz üzrə “3+3” regional məsləhət platformasının ilk iclası keçirilib. İclas Rusiya, Azərbaycan, Ermənistan, Türkiyə xarici işlər nazirlərinin müavinləri və İran Xarici İşlər Nazirliyinin baş direktorunun həmsədrliyi ilə baş tutub.
ABŞ qüvvələrini, daha sonra Aİ missiyasını və proqnoz edilən bir çox gərgin gücləri bölgədə görən İran son iki gündür gah Azərbaycana qardaş olduğunu, gah bölgəyə qoşun yığmadığını, gah 3+3 formatının təcili işə düşməsi və bölgədən digər güclərin çıxarılmasını istəyir.
Amma xatırlatmaq yerinə düşər ki, ABŞ əsgərinin İranın burnunun ucuna gəlib çıxması, onun mənasız qırmızı xətti və Zəngəzur dəhlizi üçün qadağa qoyması oldu.
Necə deyərlər, Nişestend u goftend u ber-hâstend…
Çalışın, səmimi olun və sağ qalın,