Ermənistan baş naziri Nikol Paşinyanın “Qarabağda mülki ermənilərə birbaşa təhlükə yoxdur, ermənilərin Azərbaycan ordusu tərəfindən kütləvi öldürülməsi kimi iddialar yalandır” sözləri beynəlxalq müstəvidə Bakıya qarşı ittihamların qarşı yaxşı arqumentə çevrilə bilər. Hərçənd, Nikolun bu açıqlamasının ermənilərin Qarabağdan çıxmasının qarşısını almaq məqsədi daşıdığı da aydındır. Bunun baş verməsi Ermənistana təkcə sosial-iqtisadi problem vəd etmir, həm də çıxan ermənilər Paşinyan hakimiyyətinə qarşı etiraz elektoratını genişləndirəcək.
Lakin Ermənistan hakimiyyəti buna paralel olaraq hazırlıqlara da başlayıb. Artıq 40 minlik yer hazırdır, bu isə ermənilərin Qarabağdan çıxmaq perspektivindən xəbər verir.
Asif Nərimanlı, siyasi şərhçi