Bu dünyada sıravi insanların nə istəməsi ilə dövlətlərin strategiyaları arasında fərqlər ola bilər.
Sıravi insanlar hər şeyin asanlıqla xoşbəxtlik formulasını axtarırlar. Ancaq acı da olsa bu formula konkret olaraq mövcud deyil. Hələ mövzu siyasi dünyadırsa, iş daha da qəlizdir deməkdir.
İnsanların əksəri siyasi savadsız ola bilər, irəlini görməyə bilər. Amma dövlətlər savadsız ola bilməz və irəlini görmək məcburiyyətindədirlər.
Bugünkü dünya daha çox milli dövlətlərin olduğu geopolitik məkandır və hər bir dövlətin öz milli mənafeləri vardır ki, mütləq bu strategiya üzrə də hərəkət etməlidirlər.
Bunu təkcə mən yox, siyasi realizm elmi Aristoteldən Makiavelliyə, Bjezinskidən Kissincerə qədər deyir.