İdman insanları bir impulsda birləşdirmək, enerjilərini vahid iradəyə cəmləmək üçün əla vasitədir. İdman tədbirləri beynəlxalq əlaqələrin yaxşı saxlanmasında mühüm rol oynayır. İdman dünya sülhünü təşviq etmək üçün istifadə edilə bilər. Beynəlxalq idman tədbirləri beynəlxalq münasibətlərə və dünyada sülhə mühüm töhfə verir. Keçmişdə belə, Olimpiya oyunlarının keçirildiyi zaman, bütün müharibələr dayandırılırdı. Dövlətlər üçün idman sadəcə kiminsə qalib gəldiyi və ya məğlub olduğu bir yarış deyil, bu bir siyasətdir. Azarkeşler bütün ürəkləri ilə ölkələrinin idmançılarına dəstək olurlar, eyni zamanda bütövlükdə ölkəyə və dövlətin arxasında dayanan ideyaya köklənirlər.

Sovet dövründə burjuaziya idman praktikasına tamamilə zidd olan yeni idman təcrübəsi formalaşdırılmağa başladı: bədən tərbiyəsi. Kütlələr arasında yayılması nəzərdə tutulan bu yeni təcrübə sayəsində dövlət artıq özünün “yeni sovet insanı” tipini hazırlamada görürürdü çıxış yolunu.

Sağlam həyat tərzi sürən güclü insan və hər şeydən əvvəl idman insanda kütlə arasında birlik və vətənə məhəbbət kimi hisslər yaratmalı idi.

Güclü ideoloji konstruksiyaları daşıyan ölkələr, istər ABŞ, istər Çin, istərsə də Rusiya bütün idman növləri üzrə ən çox mükafat qazanmağı və dünya rekordları vurmağı qarşılarına məqsəd qoydular.

Əgər ölkə inklüziv ideologiyaya sahib olduğunu iddia etmirsə və başqalarına rəhbərlik edə bilmirsə, o öz ambisiyalarını məhdudlaşdırır və nadir sayda mükafatlarla kifayətlənir və ya hər zaman qalib gəldiyi bir idman növünə fokuslanır.

Azərbaycan dünya arenasında hər zaman özünu idman səviyyəsi yüksək olan bir ölkə kimi göstərib. Ölkəmizdə idmanın inkişafına hər zaman böyük bir diqqət yetirilib. Azərbaycanın idman sahəsində uğurlu olmağında Ümummilli lider Heydər Əliyevin böyük bir rolu var. XX-ci əsrdə Azərbaycan xalqının həyatında çox böyük hadisələr baş verib. Bu əsrdə Azərbaycan iki dəfə müstəqillik qazanıb. Ötən əsrdə ölkəmizdə iqtisadi, sosial sahələrdə olduğu kimi bədən tərbiyəsi və idman da böyük inkişaf yolu keçib. Heydər Əliyevin ölkəmizdə hələ birinci rəhbərliyi dövründə digər sahələrdə olduğu kimi, idmanın da inkişafına böyük diqqətlə yanaşılmış, gələcək inkişaf perspektivləri ciddi nəzərə alınmışdır. O illərdə idmanın maddi-texniki bazasının yaradılması üçün çox iş görülmüşdür. Bir çox idman kompleksləri, qurğuları, zalları tikilmiş, meydançalar salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdır. 1970-ci illərdə Bakıda 250 idman meydançası və şəhərciyi salınmışdı, ölkənin 36 rayonunda 59 uşaq-gənclər idman məktəbi fəaliyyət göstərirdi. 1990-1993-cü illərdə Azərbaycanda bütün idman qurğuları dağıdılmışdı. Azərbaycanın ən böyük stadionu bərbad vəziyyətə salınmışdı. Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə idmana münasibət kökündən dəyişdi.

 İdmanın və bədən tərbiyəsinin inkişafı dövlət siyasətinin prioritet qollarından birinə çevrildi, bu sahədə yüksəlişin əsası qoyuldu. 1994-cü ildə Azərbaycanın idmanında böyük bir inkişaf oldu. 1994-cü ildə Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman nazirliyi yaradıldı, 1995-ci il martın 5-də Heydər Əliyev yeni bir fərman imzaladı. Həmin fərmana əsasən, Azərbaycan Respublikası əhalisi arasında sağlam həyat tərzinin təbliğ edilməsi və bədən tərbiyəsinin maddi-texniki bazasının inkişaf etdirilməsi, bu sahədə ümumxalq yardımının təşkil olunması məqsədi ilə gənclərin idmana marağını artırmaq və Azərbaycan idmanının beynəlxalq miqyasa çıxmasına real zəmin yaratmaq üçün Azərbaycan Prezidenti yanında Fond yaradıldı.


Azərbaycan indiki dövrdə də idmanda ildən ilə böyük addımlar atır. İdmançılarımız müxtəlif idman növlərində ölkəmizi layiqincə təmsil edirlər. İdman sayəsində Azərbaycanı digər ölkələrdə tanıyanların sayı artır. 2015-ci ildə keçirilən 1-ci Avropa Oyunları Azərbaycana tək idman cəhətdən yox, digər sahələrdə də öz müsbət cəhətlərini göstərdi. Ölkədə turizm sahəsi geniş bir inkişafa qədəm qoydu. Avropa Oyunlarının ölkənin infrastrukturuna da təsiri oldu, Bakı Olimpiya stadionun tikilməsi məhz Avropa Oyunlarından qabaq başlandı. Bir çox yollar təmir olundu, xarici idmançıların qalması üçün Atletlər kəndi tikildi və əlbəttə ki, idmanın inkişafı Azərbaycanın beynəlxalq arenada da yeni addımlar atmaqna vasitəçilik etdi. Azərbaycanın beynəlxalq nüfuzu dahada yüksəldi və əlbəttə, ki gələcəkdə bu öz rolnu oynadı. 2017-ci ildə Azərbaycanda 4-cü İslam oyunları keçirildi, 2019 da “Chelsea” “Arsenal” komandalarnın arasında UEFA Avropa Liqasının final qarşılaşması Bakı Olimpiya stadionun da keçirilib. 2017 dən başlıyaraq Azərbaycan da hər il “Formula 1” yarışmaları keçirilir. Bakı şəhəri yarışların keçirildiyi 20 şəhərlərinən biridir.

            2015-ci ildə Bakıda keçirilən Avropa Oyunlarının açılış mərasimi

İdmançıları ölkəmizi hər zaman yüksək səviyyədə təmsil ediblər. 2015-ci ildə keçirilən Avropa Oyunlarında idmançılarımız yüksək nəticələr göstəriblər. İdmançılarımız bu yarışlarda 21 qızıl, 15 gümüş, 20 bürünc medal qazanaraq Rusiya Federasiyasından sonra 2-ci yer tutmuşdular. Azərbaycanın idman sahəsində belə uğurlu olmağı gəncləri daha da marifləndirməlidir.

                                Elvin Mürsəliyev Güləş üzrə Avropa çempionu

Təəssüf ki indiki zamanda, narkomaniya gənclərin sağlam həyat tərzi sürməyinə üçün mane olur. Dünyada milyonlarla, ölkəmizdə isə minlərlə insan bu bəladan əziyyət çəkir. ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Türkiyə və s. kimi ölkələrdə kompleks proqramların yaradılması üçün müəyyən təcrübə toplanmış, narkomanlığın, yeniyetmə və gənclər arasında narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasına istiqamətlənmiş müxtəlif səviyyəli proqramlar hazırlanaraq həyata keçirilir.

Azərbaycan Respublikasında narkomanlıq ilə mübarizə Ümummilli Lider Heydər Əliyevin daimi diqqət və nəzarətində olub. 1996-cı ildə müvafiq Dövlət Komissiyası yaradılıb və daha sonra “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Qanun qəbul edilib. Narkomaniyaya və narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə Azərbaycan dövlətinin prioritet vəzifələrindən hesab olunur.

Ölkəmizdə narkomaniyanın qarşısını almaq üçün müxtəlif tədbirlər görülür. Təhsil müassisələrində gənclər üçün tədbirlər keçirilir. Narkotiklə mübarizə, ictimaiyyəti məlumatlandırmaq və təhsil verməklə başlayır. İnsanlar narkotiklərin ziyanları, riskləri və bunların təhlükəli təsirləri barədə müvafiq məlumatla təmin edilməlidir. Ailə və dostlar insanların narkotiklə mübarizədə daha güclü olmağında kritik rol oynayır. Ən əhəmiyyətli addımlardan biri, bir sağlamlıq mütəxəssisi, məsləhətçi və ya müalicə ala bilinəcək bir tərəfdaş təyin etməkdir. Professional dəstək, müalicə və təhlükəsizliyinizi təmin etmək üçün kritik addım hesab olunur. Narkomaniyadan əziyyət çəkənlər reabilitasiya mərkəzlərinə göndərilir. Narkotik istifadəsi ilə bağlı problemlərin qarşısını almaq və mübarizə etmək, sağlam bir cəmiyyətin formalaşdırılmasında ictimai və şəxsi məsuliyyətimizin əhəmiyyətli bir hissəsidir. 2023-cü ilin statistikasına əsasən narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 7766 nəfər cəlb edilib, həmin şəxslərdən 7567-si kişi, 199-u qadın olmuşdur.

Fuad Quluzadə

Bakı Dövlət Üniversiteti

II kurs tələbəsi