İsveç son iki əsrdə dünyanın xoşbəxtlik indeksində üst sırada yer alan ölkələrdəndir. Bunun da ən əsas səbəbi hərbi konfliktlərdən uzaq olmasıdır.

Belə bir möhtəşəm avantajı vardı İsveçin. Yəni, deyir mən bitərəfəm və bütün dünya da qəbul edir. Məsələn, bizim kimi ölkələr yalvarsa da bunu qlobal dünya bizə bəxş etməz. Biz o dərəcə bəxtəvər olkə deyilik.

Zənnimcə, İsveç NATO-ya üzv oldu deyə əvvəlcədən çox sevinməsin. Çünki Napoleon müharibələrindən bəri İsveç bütün hərbi-siyasi məsələlərdən uzaq idi. Hətta Hitler belə ora dəymədi.

İsveçin bitərəfliyi passiv diplomatiya idi. Yəni, qlobal dünyada hakim kimdirsə, İsveç avtomatik ona tabe olacaqdı. Bu mənada 2 əsrdir ona dəyib dolaşan yox idi. Soyuq Müharibənin ən qızğın vaxtında belə onun bitərəfləyinə toxunan olmadı. Bu səbəbdən də silahlanmanı atıb kənara elmə və iqtisadiyyata yönəltmişdi. Faydalarını da bütün xalqı yaşayırdı.

İndi İsveç ənənəvi strategiyasını dəyişir. İsveç onsuz da NATO’suz belə qərb yolunu tutmuşdu. Hər zaman da qərbin iqtisadi, mədəni və elmi parçası olub. Amma Rusiyanı yaxşı analiz etməsi gərəklidir. Xüsusən də, ona qonşu ölkəsənsə.

Rusiya istər yaxın, istərsə də uzaq gələcəkdə İsveçdən imkan düşdükcə hər vasitə ilə zəli kimi yapışmağa çalışacaq.

Yəni, İsveç artıq İsveçrə kimi bitərəf ölkə deyil. Bunun İsveçə necə təsir edəcəyini gələcək göstərəcək.

Ramil Həsənov