Qarabağdakı erməni əhalinin mövcud idarəçilərindən olan “stajlı” terrorçular bu gün sönük, parıltısız şəkildə, matəm əhval-ruhiyyəsində də olsa “müstəqilliklərinin” 31 illiyini qeyd ediblər. Bugünkü yürüş, toplantı Bayram tədbirindən çox əlacsızlıq əlaməti təsiri bağışlayır. Çünki ermənilər yaxşı anlayırlar ki, uzağı üç il sonra, yəni 2025-ci ilin noyabr ayından etibarən bu cür şıltaqlıqlar etmək imkanları olmayacaq.

Həm Ermənistanın sabiq rəhbərləri olan Robert Köçəryan və Serj Sərkisyanın, həm də hazırki baş nazir Nikol Paşanyanın “müstəqilliklə” bağlı müraciətlərindəki saxtakarlıq, Qarabağ hadisələrinin mahiyyətinin və tarixinin təhrifi və qisas çağırışları

ermənilərin hələ də “yuxudan” ayılıb reallığı doğru dərk etmədini və 27 sentyabr 2020-ci ildən sonra yaranan yeni siyasi vəziyyəti qəbul etmədiyini göstərir. Yəqin ki, qarşıda işçi qrupların iclasları, həmçinin, cari ilin noyabr ayının sonunda Brüsseldə dövlət başçıları səviyyəsində növbəti görüşlər keçiriləcək. Amma düşünürəm ki, sülh sazişinin imzalanmasının sürətlənməsinə real zəmini Azərbaycan və Ermənistan nümayəndələrinin bu təmsaları deyil, “Qisas” tipli əməliyyatların sayının artması hazırlayacaq.

Elmeddin Behbud