Professor Qafar Çaxmaqlı: “Ermənistanda üç həftədən artıq davam edən mitinqlərin Rusiya meylli
qüvvələrin boy göstərməsi olduğuna şübhə yoxdur. Rusiyanın bütün dövrlər üçün keçərli olan
məqsədi forpostunda qalıcılığını təmin etməkdir. Bunların başlatdığı aksiyaların təsir imkanları çox
yüksək olmasa da Paşinyan hakimiyyətinin Azərbaycan və Türkiyə ilə nəzərdə tutulan sülh
proseslərini ləngitməyə yetir. Elə hakimiyyətin özü də danışıqlar prosesini uzatmaqda maraqlıdır.
Ortaya atılan Qarabağdakı erməni əhalinin təhlükəsizliyinə qarantiya verilməsi isə əslində həm
hakimiyyətin, həm Koçaryan-Sarkisyan- Daşnaksutyun üçlüyünün siyasi gedişləridir. Azərbaycanın
Brüsselin də qəbul etdiyi sülh sazişi üçün təqdim etdiyi 5 maddəlik təklifini faktiki olaraq Ermənistan
qəbul etdiyini bildirib. Oraya 6-cı maddənin Qarabağ ermənilərinin təhlükəsizliyinə qarantiya verilməsi
prinsipinin arxasında yenə əvvəlki məram dayanır. Ermənistanda hesab edirlər ki, bu ölkə
Azərbaycanın ərazi bütövlüyünü tanıyarsa Qarabağda yaşayan əhali oranı tərk etmək məcburiyyəti
qarşısında qalacaq, onların orada təhlükəsiz yaşamaq güvəncəsini verilməlidir”.
Mənbə/link: dia.az