Bir müddətdir ki, Türkiyə ilə Yunanıstan arasında yeni gərginlik yaşanır. Yunanıstan beynəlxalq sazişləri pozaraq Türkiyə ilə sərhəddə adaların hərbləşdirilməsinə başlayıb. Bu, adaların silahsızlandırılmasına dair 1923-cü il Lozanna müqaviləsinə, 1947-ci il Paris sülh müqavilələri və digər razılaşmalara ziddir. Hər iki ölkənin üzv olduğu NATO müharibənin başlamasına imkan verəcəkmi? Yunanıstan Türkiyənin təşəbbüslərinə cavab verərək, danışıqlar masasına oturacaqmı?
Məsələ ilə bağlı, Politoloq Samir Hümbətov açıqlamasında bildirib ki, Afina və Ankara arasında yaşanan gərginlik, son 5 ildə daha da artmaqdadır: “ 15 iyun 2016-cı il baş tutan dövlət çevrilişindən sonra bir qrup FETO terror üzvlərinin Yunanıstanda gizlənilməsi, Türkiyənin tələblərinə baxmayaraq, hələ də geri qaytarılmaması da tərəflər arasında gərginlik əlaməti kimi qiymətləndirilə bilər.” Politoloq həmçinin vurğulayıb ki, Türkiyə sahillərinə yaxın olan Meis adası Yunanıstana məxsusdur: “İstər Sevr anlaşması, istərsə də tərəflər arasında imzalanan bir sıra önəmli razılaşmalar var ki, bunların şərtlərinə əsasən, həmin ərazilər Yunanıstanın tərkibində qalsa da, o, ərazilərin silahlanması prosesinə icazə verilmirdi.”
Politoloq, həmçinin 1995-ci ildə baş vermiş Kardak böhranından söz açıb. Onun sözlərinə görə, baş vermiş bu gərginlik Türkiyə üçün “qırmızı xətt” hesab edilirdi. Hazırki günümüzdə bu gərginlik yenidən artmaqdadır: “Və nəzərə almaq lazımdır ki, son zamanlar ABŞ Yunanıstana məxsus olan adalarda 9 hərbi baza formalaşdırıb. Bu bazaların xüsusən Türkiyə sərhədində yerləşdirilməsi də gərginliyin başlıca səbəblərindən biri kimi qiymətləndirilir. Türkiyə-Yunanıstan arasında sülh sazişinin asanlıqla imzalanacağını düşünmürəm.”
Samir Hümbətov onu da qeyd edib ki, bir sıra Qərb ölkələri Afinanı, Ankaranın üzərinə salırlar. Türkiyənin ordusu daima Yunanıstanı geri çəkmək qüvvəsinə malikdir. Mən bu zaman çərçivəsində gərginliyin səngiyəcəyin düşünmürəm. Aydındır ki, tərəflər arasında müharibə baş versə, qardaş ölkə qarşı tərəfi darmadağın edəcək gücə malikdir. Türkiyə baş verənləri yumşaq tərzdə həll etmək istəsə belə, Yunanıstan müharibə yolunu seçsə, lazımi cavab alacaq. Türkiyə daim güclü şəkildə geri dönüş edəcəkdir. Amma nəzərə almaq lazımdır ki, Yunanıstan adalarında ABŞ hərbi bazalarının yerləşdirilməsi, və ehtimal edilən toqquşma zamanı həmin hərbi bazaların vurulması Vaşinqtona da təsir edəcək, – deyə o, fikirlərini yekunlaşdırıb.
Jalə Gözəlova, BDU-nun Jurnalistika fakültəsinin tələbəsi