Deməli, baş verən bir neçə hadisə bizi xeyli dərin fikirlərə aparır – Rusiya – Ukrayna müharibəsinin indiki vəziyyətində Luka zarafatla Tokayevə “İttifaq dövləti”nə qoşul deməsinə kəskin cavab almasıyla nəticələnmişdi deyə bilərdik ki, iki mühüm hadisə digər qənaətlər də yaratdı.
ATƏT rəhbərinin Qazaxıstana səfəri kontekstində Tokayev həmin an yayılan “Qazaxıstan KTMT çərçivəsində Beloqradın müdafiəsinə qoşulacaq” fikrinə münasibət açıqladı və dedi ki, “Biz yalnız BMT bayrağı altında hansısa əməliyyatlarda ola bilərik”.
Düzü, bu açıqlamada aşağıdakı nəticələri çıxarmaya bilməzdim:
ATƏT rolunu artırır
Çin Rusiyadan boşalan zonalara daxil olur
KTMT mexanizmi olmayan quruma çevrilir
Azərbaycan KTMT təhlükəsindən azad olur.
Rusiya – Ukrayna müharibəsində MDB-dən umduğu dəstəyi və ya təzyiq davam etdirmə imkanını əldə edə bilmir.