“Son zamanlar Erməni diplomatiyası Şərqdə və Qərbdə uğursuzluğa düçar olub. Bunu ABŞ-nin Stenford Universitetinin siyasi elmlər üzrə doktoru Artur Xaçikyan deyib.
Onun sözlərinə görə, Qərbə yatırım etməklə Ermənistan hakim elitası uğursuzluğa düçar oldu. O ,hakiyyətin ölkə üçün konkret alternativ yarada bilmədiyini söyləyib:
“ABŞ böyük ehtimalla Azərbaycan və Türkiyəni dəstəkləyir. Erməni demokratiyası burada heç bir rol oynamır. ABŞ-nin Cənubi Qafqaza buraxmayacağı bəyanatı bu dəstəyin göstəricisidir”
Biz bilirik ki, 30 il ABŞ keçmiş Minsk Qrupunun tərkibində digər həmsədrlər kimi prosesləri dayandırmağa çalışıb.
Elə isə, Xaçikyanın bu açıqlaması nə ilə bağlıdır?



Mövzu ilə bağlı açıqlama verən siyası şərhçi Asif Nərimanlı bildirdi ki, ABŞ-nin Ermənistanı yarı yolda qoyacağı ağlabatan deyil: “ABŞ Cənubi Qafqaza kompleks olaraq baxır. Bunu tarixdə “Qafqaz evi”layihəsinin davamı kimi də hesab etmək olar. İndiki situasiyada ABŞ -nin Azərbaycanla bağlı enerji və digər maraqları varsa, bu onu dəstəkləmək anlamına gəlmir”.
A.Nərimanlının fikrincə, ümumiliyyətlə, “ABŞ-nin siyasi prinsipi birtərəfli formatında olmayıb:
“II Qarabağ müharibəsindən sonra Vaşinqtonun İrəvan üzərindən hərəkət etdiyinin şahidi olurduq. Çünki Azərbaycan-Türkiyə müharibədən sonra Rusiya ilə yeni şərtlər formalaşdırıb. Bu üçlük eyni cəbhədə yer alırdı. Ukrayna müharibəsində Azərbaycan-Ermənistan münasibətləri kontekstində bölgədəki proseslərə müdaxilə etmək, bu məsələdə iştirakçılığı təmin etmək baxımından Ermənistan əsas ölkə idi.
Baydenin ilk dəfə “soyqrımı ” ifadəsi işlətməsi də bu prosesin tərkib hissəsi idi. Amma Rusiyanın Ukrayna Müharibəsindən sonra Cənubi Qafqazda da şərtləri dəyişdi. ABŞ daha aktiv şəkildə prosesə qoşuldu. Və bir növ Azərbaycan və Türkiyə ilə də əməkdaşlıq imkanları yarandı. Bu, Bakı və Ankaranın da maraqlarına uyğun idi.”
Jalə Gözəlova, BDU Jurnalistika fakültəsinin tələbəsi