Azərbaycanda milli kimlik nə coğrafı məkana, nə etnik tərkibə, nə dini bölgü əsaslı deyil. Buna görə hər 3 cəhd bizi özümüzdən ayrı salır. Türkçülər düşünür ki, biz ümumi türkçülüyə qayıtmalıyıq, dindarlar ümumi dini kimliyə, Coğrafi düşünənlərdə sadəcə toponimik səthi yanaşma irəli sürürlər. Bizim milli kimlik axtarışımız daha tez başlasa da, bizim kimi qonşuları olan digər xalqlardan nisbətən daha tez başlayıb, ümumilikdə dünyada gedən proseslər təxminimcə milli kimlik axtarışı üzrə 10-15 ildən sonra daha çox qlobal trendə çevriləcək. Bizim buna tez getmək səbəbimiz 44 günlük müharibədə əldə edilən zəfər zehniyyətidir ( emosiyanal səviyyədə) . Bizdəki boşluqsa, 30 ildə toplanan məzlum yaddaşını sıfırlanmasının nəticəsində yaranan boşluğdan qaynaqlanmışdır. Həmdə qarşıdan gələn böyük müharibələri xalqlar hiss etdiyi üçün kötüyündə mədəniyyəti olanlar da özünü qoruma mexanizmini yaratmaqdadırlar.Bizim millik kimliyimiz adı da Azərbaycançı sənət mədəniyyəti kimi tərcümə olunmalıdır. Son 20 ili çıxmaqla ( qloballaşma prosesinin yayılması ilə) bütün dövrlər üçün ortaq kimlik əsas adət-ənənə və sənət (karlıq) birliyi üzərindən olub. Ona görə də, Azərbaycan milli kimliyi deyəndə müxtəlif coğrafi ərazilərdə(əsasən cənubi qafqaz) müxtəlif adət ənənələrin sənətlə vəhdətə gətirilməsinin adıdır. (c)

Elnur Suleymanzade