Son iki yüz ildə ilk dəfə Ermənistanı dizi üstə çökdürmüşük, bütün ideoloji miflərini və əfsanələrini darmadağın etmişik. İndi əsas vəzifəmiz, sülh dilənçisinə çevirdiyimiz düşməni dizi üstdən qalxmasına imkan verməməkdən ibarətdir. Bunun üçün hər birimiz qalib vətəndaş olaraq əlimizdən gələni etməliyik, uca dövlətimizin və müzəffər Ali Baş Komandanımızın yanında olmalıyıq. Azərbaycanda nə dünən, nə bu gün, nə də sabah Ermənistanı belə bir bərbad vəziyyətə sala biləcək alternativ siyasi qüvvə də mövcud deyil.

Hər bir ölkədə olduğu kimi bizdə də problemlər olub və indi də var. Onları aradan qaldırmaq üçün günahkar şəxslərin konkret adını çəkməklə faktları ictimailəşdirmək ən doğru yoldur.

Cəmiyyətin neqativlərdən təmizlənməsi dövlət ilə bərabər həm də cəmiyyətin vəzifəsidir. Gəlin qalib Azərbaycanınımızı rəqiblərimizn qibtə edəcəyi bir ölkəyə çevirməyə çalışaq.

Bir neçə vicdansıza görə bütün məmur və rəhbər şəxsləri hamını söyməklə nəticə əldə olunmayacaq. Həmin vicdansızlıq edənlər və söyülənlər də Marsdan gəlməyib. Bəzilərimizin qohumu, qardaşı və ya dostu, hamımızın isə soydaşıdır.

Odur ki, ətrafımızı pisliklərdən təmizlənməsi üçün “ictimai qınaq formalaşdırmaq” kimi vacib vəzifəmizə laqeyd yanaşmalı deyilik.

Ədalət Verdiyev, hərbi ekspert